Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2018
11:53
Saxta əlillik dərəcəsi olanlara pis xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlliliklə bağlı yaradılmış İşçi Qrupu tərəfindən aparılan araşdırmaların ilkin nəticələri bəlli olub. Bu ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yanlış əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb və onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na əlavə və dəyişikliklər üzrə təkliflər paketi hazırlanır. Əlillik təyinatının əmək qabiliyyətinin itirilmə faizi əsasında aparılması ilə əlaqədar müasir dünya təcrübəsi öyrənilir və milli səviyyədə tətbiqi məsələləri araşdırılır.(virtualaz.org)

Məqalədə : Saxta əlillik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
172

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
185

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
215

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
354
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 00:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru