Bakıda və bəzi rayonlarda işqıların sönmə səbəbi bilindi - YENİLƏNİB

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2018
16:32
5934
Bakıda və bəzi rayonlarda işqıların sönmə səbəbi bilindi - YENİLƏNİB

Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib. Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib.

Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür.

***

Bakıda və ölkənin ayrı ayrı bölgələrində işıqların sönmə səbəbi bilinib. 

Rəsmi qaynaqlardan verilən məlumata görə, Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu ərazisindən keçən hissəsində zəmilərdə yanğın baş verməsi səbəbindən təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Təhlükə aradan qalxdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.

***

Bu gün saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından, Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlanıb.

FaktXəbər-in məlumatına görə, bununla bağlı metbuat.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, saat 16:30-dan sözügedən stansiyaya gərginlik verilib və qatarların hərəkəti bərpa olunub.

***

Faktxeber.com məlumat verir ki, bu dəqiqələrdə Bakı və Sumqayıtın bəzi ərazilərində işıqlar qəflətən sönüb.

Artıq sosial şəbəkə istifadəçiləri də bu barədə paylaşımlar etməyə başlayıblar.

Metroda da işıqların söndüyü bildirilsə də, bu barədə dəqiq fakt yoxdur.

Rəsmi məlumat alan kimi oxucularımıza əlavə xəbər veriləcək. 

Məqalədə : işıq sönüb 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 03:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com