Rusiyada 80 yaşlı qadın palatada qətliam törədib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2018
14:55
1755
Rusiyada 80 yaşlı qadın palatada qətliam törədib

Rusiyanın Volqoqrad şəhərində yerli xəstəxanaların birində müalicə alan 80 yaşlı təqaüdçü qadın palata yoldaşlarından birini qətlə yetirib, digərini isə öldürməyə cəhd edib. FaktXeber.com-un Life.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə yerli İstintaq İdarəsi məlumat yayıb.

Bildirilir ki, qadın bıçağı götürərək birinci 79 yaşlı  palata yoldaşının döş qəfəsi istiqamətində bğir neçə ölümcül zərbə vurub, sonra isə 83 yaşlı digər təqaüdçünün boğazına müxtəli dərəcəli xəsarətlər yetirib. Hər iki zərərçəkən həmin vaxt yatırmışlar. Cinayətdən sonra təqsirləndirilən şəxs  dəhlizə çıxıb. Bu vaxt sağ qalan qadının qışqırığına tibbi personal özünü çatdırıb.

Məlumata görə tibbi müəssisənin personalı gördüklərindən şoka düşüb.

İstintaq hazırda baş verənlərin səbəbini araşdırır. «Qətl» və «İki nəfəri öldürməyə cəhd» maddəsi ilə cinayət işi açılıb.

Məqalədə : qətliam 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 03:05



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com