Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2018
12:39
Taliblər Tacikistanla sərhəd əraziləri nəzarətə aldılar

Taliban terror qruplaşması Əfqanıstanın Tacikistanla sərhəddə böyük bir ərazidə nəzarəti ələ keçirib. FaktXeber.com-un İnterfaks-a istinadla verdiyi məlumata görə, iyulun 12-də onlar Xvaca Qhar qəzasının yaxınlığına gəliblər. Bundan başqa onların qonşu Dəşti Qala, Yanğı Qala və Darqad qəzalarını da ələ keçirməyə çalışacaqları təhlükəsi mövcuddur.

Əfqanıstan hökumətinin sözügedən ərazidə taliblərin hücumunun qarşısını almaq üçün hələ ki, kifayət qədər qüvvəsi yoxdur.

Taliblər  həmçinin Dəşti Arçi qəzasında Puli Momandda ordu bölmələrinə hücum edərək 32 hərbçini öldürüb. Daha 20 əsgər yaralıdır. Yaraqlılar özləri ilə döyüş sursatları, texnika və hökumət qüvvələrinin təchizatlarını götürüblər.

Tacikistanla sərhəddə  olan  Əfqan ordusunun rotası taliblərin hücumundan çəkinərək mövqelərini tam təkibdə tərk etmişdilər, bununla da sərhəddi tamamilə boş qoymuşdular. Hücum olmadığı üçün əfqan hərbçilər yenidən kazarmaya qayıdıblar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Taliban 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 15:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com