Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2018
11:03
Təkcə 6 ayda yol qəzasına düşənlərə 329 min manat kompensasiya verilib

2018-ci ilin yanvar-iyun ayları ərzində İcbari Sığorta Bürosu (İSB) tərəfindən icbari sığortası olmayan, eləcə də naməlum və ya oğurlanmış avtonəqliyyat vasitələri tərəfindən sağlamlığına zərər yetirilmiş vətəndaşlara (və ya onların ailə üzvlərinə) ümumilikdə 329 325 manat məbləğində kompensasiya ödənişləri verilib.

İSB-dən verilən məlumata görə, verilmiş ödənişlərin 233 750 manatı ölüm halları, 16 200 manatı şəxsin ağır xəsarət alması, 53 750 manatı şəxsin az ağır xəsarət alması, 17 500 manatı şəxsin əlillik dərəcəsi alması, 8125 manatı isə yüngül dərəcəli xəsarətlərlə bağlı olub.

Hesabat dövrü ərzində İSB tərəfindən cəmi 181 kompensasiya tələbi nəzərdən keçirilib və bunlardan 126 üzrə kompensasiya ödənişlərinin verilməsinə dair müsbət qərar qəbul edilib.

Qeyd edək ki, İSB tərəfindən kompensasiya ödənişi yalnız sağlamlığa dəymiş zərər üzrə və aşağıdakı hallarda verilir:

1. vətəndaşın (üçüncü şəxsin) sağlamlığına hadisə anı üçün qüvvədə olan icbari sığorta müqaviləsi olmayan, naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsi ilə zərər vurulduqda;

2. üçüncü şəxsin sağlamlığına dəymiş zərər zərərvuranın mülki məsuliyyətini sığortalamış sığorta şirkəti tərəfindən ödənilmədikdə.

Kompensasiya ödənişini tələb etmək və almaq hüququna zərərçəkən üçüncü şəxs (yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən fiziki şəxslər – fiziki şəxs öldüyü halda onun ailə üzvləri) malikdir. Kompensasiya ödənişi ilə bağlı Büroya müraciət edərkən sağlamlığa zərərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının olması mütləqdir.

Məqalədə : yol qəzası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54141

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52254

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53704

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53434

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58798

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53069

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53493
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 18:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru