Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
09:02
`Qarabağ` Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün "Qarabağ" klubu Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv səfərdə Sloveniyanın "Olimpiya" komandası ilə üz-üzə gələcək.

Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək qarşılaşmaya Lourens Visserin rəhbərlik etdiyi belçikalı hakimlər briqadası təyinat alıb.

"Qarabağ" Çempionlar Liqasının formatı dəyişdiyinə görə, ilk dəfə I təsnifat mərhələsində çıxış edəcək. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak edən Ağdam klubu ilk sədləri uğurla keçə bilib.

Yay fasiləsində 11 futbolçu ilə vidalaşan "Qarabağ" heyətini 6 yeni oyunçu ilə gücləndirib. İbrahim Şehiç və Anton Kanibolotski ilə yollarını ayıran komanda 2 yeni qapıçı transfer edib. Son ölkə çempionu Tor Hannes Haldorsson və Vaqner Da Silvanı heyətinə qatıb.

Ağdam klubu həmçinin müdafiəçi Rahil Məmmədov, yarımmüdafiəçilər Abdullah Zubir, Simoen Slavçev və Filip Ozobiçi komandaya cəlb edib.

Bu qarşılaşma "Olimpiya"nın baş məşqçisi İliya Stolitsanın ilk rəsmi oyunu olacaq. 39 yaşlı mütəxəssis iyundan komandaya rəhbərlik edir.

Lyublyana təmsilçisi heyətinə 4 yeni oyunçu cəlb edib. Komanda Marko Putintsa, Andriya Kaluceroviç, Haris Kadriç və Matiç Çrniçinin transferlərini reallaşdırıb. Əvəzində Rok Vodişek, Mitç Apau, Rikardo Alveslə yollarını ayıran klub Dario Kanadio və Ceyson Devidsonu Xorvatiya "Riyeka"sına icarəyə verib.

Çempionlar Liqası, I təsnifat mərhələsi

22:00 "Olimpiya" (Sloveniya) - "Qarabağ" (AZƏRBAYCAN)

Hakimlər: Lourens Visser, Karel De Rokker, Jo de Veirdt, Bram Van Dressxe (hamısı Belçika)

Lyublyana, "Stojitse" stadionu.

Məqalədə : Qarabağ klubu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
90

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
185

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
135

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
140

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
250

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
335

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
262

Yol polisi piyadalara müraciət edib

08

Noyabr
12:25
ÖLKƏ
59

Gömrükdən daxilolmalar 22%-dən çox artıb

08

Noyabr
12:19
İQTİSADİYYAT
76
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 18:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru