Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyul

2018
15:12
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
"Siz bilməlisiniz ki, Rusiya tərəfinin fikrincə, nəinki bu beş rayon, həmçinin bütün Qarabağ Azərbaycan ərazisidir"

Rusiya siyasəti ilə yaxından-uzaqdan maraqlanan hər bir kəs Aleksandr Duqini yaxşı tanıyır. Onu Rusiyanın ideoloqu, Putinin sağ əli kimi də təqdim edirlər. Avrasiya İttifqının yaradılmasının ideyası da ona məxsusdur və demək olar ki, Rusiyanın bütün xarici siyasəti onu adı ilə bağlıdır. O, Moskva Dövlət Universiteti Sosisologiya fakültəsinin Beynəlxalq Əlaqələr kafedrasının rəhbəridir. 

Ermənistan hakimiyyətinə yaxınlığı ilə tanınan 1in.am saytı siyasi elmlər namizədi Dr. Aleksandr Duqindən müsahibə götürüb. Onun verilən suallara cavabı isə birbaşa Paşinyan hökumətinə müsaj xarakteri daşıyıb.

Əgər bundan əvvəlki strateji məsələlərdə Ermənistan hökuməti ilə bir sıra konstruktiv razılıq əldə edilmişdisə, hazırda hökumətdəki yeni adamlar bu sazişə əməl etməlidir

FaktXeber.com olaraq həmin müsahibənin birbaşa Ermənistanın işğalı altında olan Qarabağla bağlı olduğunu və ictimaiyyətin də marağı nəzərə alıb onu təqdim edirik.

- İyulun ilk günlərində siz Bakıda “Azərbaycan – Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi” konfransının  iştirakçısı olmusunuz. “Yeganə” nə deməkdir, məgər Ermənistan Rusiyanın müttəfiqi deyil?

- Forum bu gün Cənubi Qafqazda olan yeni geosiyasi reallığı nəzərə alaraq Rusiyanın məhz Azərbaycanla müttəfiq münasibətləri çərçivəsində keçirilirdi. Paşinyanın “rəngli inqilab” nəticəsində hakimiyyətə gəlməsindən sonra, mənim inancıma görə, Azərbaycanın bundan əvvəlki  Ermənistan hökuməti ilə əldə olunan  razılıq – 7 rayondan 5-nin qaytarılması məsələsi sıfırlandı. Halbuki, bu stabilliyin bərpası, qarşıdurmanın sülh yolu ilə həlli üçün əsas idi. Ancaq razılıq dayandırılıb və hətta sıfırlanıb.

Bu gün Rusiya, Ermənistanın müttəfiqi kimi əslində daha çox Azərbaycanla müxtəlif sferalarda əməkdaşlıqda maraqlıdır, bu səbəbdən Qarabağ probleminin sülh yolu həlli vacibdir. Paşinyanın siyasəti isə əvvəl əldə olunan bütün razılıqların üstündən xətt çəkərək buna olan ümidi qırdı, bu isə eskalasiyaya, vəziyytəin gərginləşməsinə gətirə bilər.

Rusiyalı siyasətçilər və ictimai fəallar da konfransa bu səbəbdən toplanıblar. Lakin tədbirə olan ümumi reaksiyalar Ermənistanda olduğu kimi Rusiyada da birmənalı olmadı. Halbuki, anti-erməni söhbət belə olmamışdı. Konfrasda çıxış zamanı ermənilərin və Ermənistanın ünvanına hər hansı bir tənqid tamamilə yox idi. Söhbət, ancaq əməkdaşlıq və Ermənistan hökumətinin iştirak etdiyi müqavilələrə qayıtmaqdan gedirdi. Bununla belə, Azərbaycana 5 rayonun dinc, qeyri-hərb yolu ilə qaytarılmasını nəyə görə isə Ermənistan hökuməti şübhə altına alıb.

- Bağışlayın, axı eks-prezident Serj Sarkisyanın hakimiyyətinin son vaxtlarında 5 rayonu qaytarmağa hazırlaşması ilə bağlı rəsmi məlumat yoxdur. Eyni zamanda, yeni hakimiyyətin bu qərarı ləğv etməsi ilə bağlı da rəsmi məlumat mövcud deyil. Bu məlumat sizdə hardandır?

- Əlbəttə, mən bu məlumatlara malikəm və o, doğrudur. Məsələ bunda deyil. Rusiya və Azərbaycanın yaxınlaşması hər iki ölkənin suveren qərarıdır. Lakin bu yaxınlaşma sülhməramlıdır. Ermənistan da burada iştirak etməlidir. Çünki yaxın və inkişaf etmiş Rusiya-Azərbaycan əməkdaşlığı heç bir şəkildə ona qarşı yönəlməyib.

Bütün məsuliyyətimlə deyirəm ki, bizim konfransda qiyabi şəkildə belə, anti-erməni heç bir şey olmayıb. Və əgər Paşinyan Serj Sarkisyanın yolunu davam etdirəcəksə, onda Bakı və Moskva arasındakı yaxınlaşma sürətlənəcək və Ermənistana qarşı heç vaxt yönəlməyəcək.

Rusiya bütün tərəflərin maraqları nəzərə alınmaqla sülh istəyir, vəziyyəti tənzimləmək istəyir. Beş rayonun qaytarılması bütün tərəfləri qane edəcək, həm də Ermənistan bu addımdan ancaq qazanacaq. Bu birtərəfli proses deyil - Azərbaycan prezidenti iqtisadi əməkdaşlıq üçün güzəştlər etməyə hazırdır, həmçinin Ermənistan-Türkiyə sərhədlərinin açılmasına kömək olacaq. Ermənistan nəhayət blokadadan çıxa bilər, düşmən mühitindən xilas ola bilər.

Beləliklə, mən sadəcə heyran qalıram ki, Ermənistan tərəfi bu tədbir anti-erməni kmi necə şərh edib. Bəzi insanlar tərəfindən internetə və mətbuata dökülmüş bu zibillər məni təəccübləndirir.

- Rusiya bəyan edir ki, konfliktin ATƏT-in Minsk Qrupu formatından həllini dəstəkləyir, siz isə bu gün 5 rayonun qaytarılmasından danışırsınız, hansı ki, ayrı plandan ibarətdir. Bu sizin öz düşüncənizdir, yoxsa Rusiya rəsmi dairələrinin fikirlərini çatdırırsınız? Moskvada, məsələn, bildirirlər ki, bu şəxsi fikirdir.

- Rusiyada ancaq bir rəsmi fikir var və o, Rusiya prezidentinin fikirləridir. Qalanları isə onun təfsirinin növləridir. Bəzi insanlar mənim iddialarımı təsdiqləyir, digərləri problemi başqa cür təsvir edir.

Rusiyada müxtəlif qrup politoloqlar, analitiklər var. Mən təkcə öz düşüncələrimi deyil, həmçinin Yaxın Şərq, Türkiyə, İran, Cənubi Qafqazın problemləri ilə məşğul olan vacib və nüfuzlu strateji qrupların baxışlarını ifadə edirəm. İnanıram ki, bu peşəkarların fikirləridir.

Lakin elə insanlar var ki, onlar rəğbət, yaxud da ön yarğı, simpatiya və antipatiya ilə hərəkət edirlər. Onlardan fərqli olaraq mən duyğularla hərəkət etmirəm və müharibənin əleyhinəyəm, ancaq sülh istəyirəm.

Bakıya bizimlə birlikdə həm hərbi ekspertlər, həm Dövlət Dumasının deputatları, o cümlədən “Vahid Rusiyadan” nümayəndələr, jurnalistlər getmişdi. Lakin bu, o qədər də vacib deyil. Əsas odur ki, obyektiv geosiyasi reallıqlar mövcuddur. Söhbət Rusiya və Ermənistan arasında münasibətlərin dəyişməsindən deyil, Rusiya üçün Cənubi Qafqazda Azərbaycanın rolunun artmasından gedir və bunu görməmək mümkün deyil.

Rusiya ilə Türkiyə arasında da münasibət dəyişib, hansına ki, mənim də əməyim keçib. Ermənistan hazırda bu dəyişikliklərə konstruktivlik rakursdan baxmalıdır. Əgər bundan əvvəlki strateji məsələlərdə Ermənistan hökuməti ilə bir sıra konstruktiv razılıq əldə edilmişdisə, hazırda hökumətdəki yeni adamlar bu sazişə əməl etməlidir. O zaman problem də olmaz.

Müəyyən vaxtdan sonra Rusiyanın münasibətləri yaxşılaşdırmağa səy etdiyi Gürcüstan da kontaktların bərpasında yeni nöqtələrin tapılması üçün bu proseslərdə iştirak edəcək.

Bu səbəbdən, konfransa olan reaksiya çox şişirdilib. Orda ziyalılar və peşəkarlar, o cümlədən Ermənistandan olan hüquq müdafiəçi Syuzan Caqinyan da iştirak edirdi.

- Yəqin siz bilmirsiniz, o qadın çoxdan Ermənistanda deyil, o, Bakıya qaçıb, vətənində də satqın hesab edirlər.

- Ola bilsin, mən vəziyyətlə tanış deyiləm, lakin xatırlayıram ki, o, konfransda sülh haqqında və anaların əzabları haqqında danışırdı.

- Siz özünüzü sülhməramlı adlandırırsınız. Amma Azərbaycanın 2016-cı ildə hərbi yolla ələ keçirdiyi Lələtəpəyə qalxırsınız. Bu sizin səfərinizin məqsədi ilə necə uzlaşır?

- İlk növbədə, siz bilməlisiniz ki, Rusiya tərəfinin fikrincə, nəinki bu beş rayon, həmçinin bütün Qarabağ Azərbaycan ərazisidir. Bu beynəlxalq hüquqda təsbit olunmuşdur. Və düşünürəm ki, mənim ölkəmin Azərbaycan torpağı kimi tanıdığı əraziyə getmək təbiidir. İkincisi, bu səfər Lələtəpə ətrafına səfər idi. Bu səfəri hər hansı bir hərbi məqsəd adlandırmaq mümkün deyil. Mənim əlimdə silah yox idi və mən hərbi əməliyyatlarda iştirak etməmişəm. Sadəcə olaraq anlamaq istəyirdim, bu ərazidə hansı işlər görülür, onlar nə dərəcədə dağıdıcıdır, nə dərəcədə təhlükəlidir və gələcək hadisələr necə inkişaf edə bilər. Və təkrar edirəm: biz bu əraziləri Azərbaycanın torpağı kimi tanıyırıq və orada Rusiya vətəndaşının istənilən hərəkəti tamamilə normal haldır. Bu yer Ermənistan tərəfindən fəth edilməmişdir, həm də hüquqi baxımdan mən heç bir qanunu pozmamışam.

Nə mən, nə də konfrans iştirakçılarından heç bir anti-erməni bəyanatlar verməyiblər. Bu elmi konfrans idi. Mən Kürdüstan, İraq, Suriya və Türkiyə ilə sərhəddə olmuşam, qaynar nöqtələrə getmişəm. Orada nə baş verdiyini araşdırmaq, başa düşmək istəmişəm. Bu mənim həyatımdır - mən hadisə yerlərini öz gözlərimlə görmək istəyirəm. İnsanların əziyyətini görmədən nə istəsən danışmaq, şüar demək olar. Müharibədə şəxsən iştirak etməyəndə hər şey asan və sadə görünür, lakin təkcə nəzər salmaq deyil, müharibəyə girişmək lazımdır. Mənim orada olmam haqlıdır, mən heç bir qanunu pozmamışam, həm də mən niyə özümə bəraət verməliyəm ki? Əminəm ki, sülhün alternativi yoxdur, insanlar əziyyət çəkməməlidir, qarşılıqlı güzəştlər gərəkir, qarşılıqlı öhdəliklər irəli sürülə bilər. Qan - bu, böyük faciədir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Duqin Qarabağ Paşinyan Sarkisyan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 04:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com