- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Ölkədə “Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Nazirliyin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ilin ilk 6 ayı ərzində istifadəyə verilən “E-imza” sertifikatlarının sayı 20 454 olub. Bu sertifikatlardan 6 780-i dövlət qurumlarının, 4 542-i fiziki şəxslərin, 9 132-i isə hüquqi şəxslərin payına düşür.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə istifadəyə verilən sertifikatların sayı 10 582 (dövlət qurumları üzrə 3 440, hüquqi şəxslər üzrə 4 560, fiziki şəxslər üzrə 1 580) olub.
İstifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, ümumilikdə 146 874 “E-imza” sertifikatı istifadəyə verilib. Onlardan 82 390-ı dövlət qurumları üzrə, 35 590-ı hüquqi şəxslər üzrə, 28 894-ü isə fiziki şəxslər üzrə olub.
Son bir ayda istifadəyə verilən “E-imza” sertifikatlarının sayı isə 2 mindən çox olub. Belə ki, bu ilin iyun ayında verilən 2 184 “E-imza” sertifikatının 820-i dövlət qurumlarının, 1 084-ü hüquqi şəxslərin, 280-i isə fiziki şəxslərin payına düşüb.
Sözsüz ki, “E-imza” istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Bu günə qədər dövlət qurumları tərəfindən 28 869 002, hüquqi və fiziki şəxslər tərəfindən 8 435 955 olmaqla, ümumilikdə 37 304 957 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci ilin ilk 6 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 7 433 407 olmuşdur ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 20%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 5 663 144, hüquqi və fiziki şəxslərin payına isə toplam 1 770 263 autentifikasiya və elektron imza əməliyyatı düşüb.
“E-imza” virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.
- 22-02-2019 16:48 "Azərsu" Şəmkir, Samux və Göyçay sakinlərini sevindirəcək
- 22-02-2019 14:20 İnam Kərimovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
- 22-02-2019 14:08 Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ
- 22-02-2019 11:52 Nazirlikdə yeni təyinatlar olub
- 22-02-2019 10:59 AZTV-nin yeni sədri bölgə müxbirini işdən azad etdi
- 22-02-2019 10:54 Bu il Azərbaycanda əhali növbəti dəfə siyahıya alınacaq
- 21-02-2019 19:59 Prezident bu təqaüdləri 220 manatdan 300 manata qaldırdı
- 21-02-2019 15:58 Bayıl sürüşmə zonasında 98 ev söküləcək
- 21-02-2019 15:22 Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib
- 21-02-2019 15:15 Real TV respublika yayımçısı ola bilər
- 21-02-2019 14:45 "Nar" ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
- 21-02-2019 14:27 Gömrükçülər 28 kq-dan artıq heroin aşkar edib
- 21-02-2019 14:17 Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
- 21-02-2019 12:57 Sabahın hava proqnozu açıqlanıb
- 21-02-2019 12:33 Nazirin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
- 21-02-2019 11:32 Fazil Məmmədov bizneslə məşğul olmağa başlayıb
- 21-02-2019 10:52 Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırılıb
- 21-02-2019 10:31 Professor: "Dilin taleyi haqqında qeyri-peşəkarlar proqnoz verir"
- 20-02-2019 15:03 "Nar" 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
- 20-02-2019 14:39 Vergilər Nazirliyi ticarətçilərə müraciət etdi
- 20-02-2019 14:19 Seysmoloji Mərkəz 8 bal zəlzələ xəbərlərinə münasibət bildirib
- 20-02-2019 12:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 20-02-2019 11:41 Azərbaycan yanvarda 18 milyon dollarlıq dərman alıb
- 20-02-2019 11:05 Gələn ay bayramlarla əlaqədar 10 gün iş olmayacaq
- 20-02-2019 10:27 Azərbaycanda uşaqlara bu adların qoyulmasına icazə verilmədi