Sabah imtahanda 26 mindən çox məzun iştirak edəcək

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
10:20
3153
Sabah imtahanda 26 mindən çox məzun iştirak edəcək

Dövlət İmtahan Mərkəzinun iyulun 10-da növbəti imtahan keçirəcək. 

DİM-dən verilən məlumata görə, imtahanlar 9 şəhər və rayonda –  Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 50 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 26014 nəfərin iştirak edəcəyi gözlənilir.

Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18116 nəfər əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437  nəfər əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX sinif , 2614 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 170 imtahan rəhbəri, 2073 nəzarətçi-müəllim ayrılıb.

Bu imtahanlarda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyulun 4-dən etibarən çap edib götürə bilirlər.

Məqalədə : İmtahan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 07:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com