Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
21:12
İyulun 3-də baş verən qəzalar zamanı yol təsərrüfatına 24 min manat ziyan dəyib

Bakıda ötən gün baş verən 4 yol qəzası zamanı magistral yol təsərrüfatına ciddi şəkildə ziyan dəyib.

Azərbaycan Avtomobil YolLarı Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 56-cı kilometriliyində “Mercedes Benz” markalı, 99-FE-818 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 100 paqonmetr metal təhlükəsizlik səddi  və 1 ədəd işıq dirəyi yararsız hala salınıb. Qəza nəticəsində yol təsərrüfatına 8440 manat ziyan dəyib. Bundan başqa, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 108-ci kilometriliyində, “Kamaz 53229” markalı, 99-HN-592 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 112 paqonmetr metal təhlükəsizlik yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 7212,80 manat təşkil edir.

İyulun 3-də M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometriliyində “Howo” markalı 99-ED-343 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi zamanı 136 paqonmetr metal təhlükəsizlik səddi yararsız hala salınıb ki, nəticədə yol təsərrüfatına 8758,40 manatlıq ziyan dəyib.

M-3 Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometriliyində, “Kamaz” markalı 10-CP-082 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 30 metr mühafizə çəpəri yararsız hala salınıb.

Ümumilikdə baş vermiş hadisələr zamanı yol təsərrüfatına 24 min manatdan artıq ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Məqalədə : qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
274

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
1382

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

22

Noyabr
10:33
ELM / TƏHSİL
256

9 ayın yekunu: 47 min nikah, 107 doğum

22

Noyabr
10:15
ÖLKƏ
336

AMB-nin valyuta məzənnələri

22

Noyabr
10:07
İQTİSADİYYAT
358
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 14:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru