Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
11:55
Qarabağı Azərbaycanın ərazisi sayan Rusiya Dövlət Dumasının deputatına hücumlar başlayıb

İşğal olunmuş Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edən Rusiya Dövlət Dumasının deputatına hücumlar başlayıb.

“Rossiya 1” telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırıb. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə müraciət edən S. Baqdasarov D. Savelyevi partiyadan qovmağa çağırıb: "Necə olur ki, sizin deputat münaqişə bölgəsinə gedir, ağzına gələni danışır. Məhv edin onu, qovun onu. O, satqındır. Rusiya Federasiyasının düşmənidir. Heç olmasa, bu deputatın məsələsini həll edin. Mən ümid edirəm ki, Vladimir Volfoviç bu məsələni həll edəcək".

V. Jirinovski isə cavabında S. Baqdasaryanın dedikləri ilə razı olduğunu söyləyib. 

Verilişin müəllifi və aparıcısı, Ermənistanın fəxri vətəndaşı Vladimir Solovyov erməni ekspertə dəstək nümayiş etdirib. O, başını bulayaraq bunları deyib: “Deputat Savelyev Ermənistanın deyil, Azərbaycanın Rusiyanın müttəfiqi olduğunu bəyan edib. Qarabağ və dağlıq ərazilərin Azərbaycana verilməsini tələb edib və bunun yeganə düzgün qərar olduğunu söyləyib”.(APA)

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
95

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
195

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
135

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
140

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
250

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
335

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
262

Yol polisi piyadalara müraciət edib

08

Noyabr
12:25
ÖLKƏ
59

Gömrükdən daxilolmalar 22%-dən çox artıb

08

Noyabr
12:19
İQTİSADİYYAT
76
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 18:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru