Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyun

2018
12:20
2175
Azərbaycan maliyyə institutundakı direktorunu dəyişib

Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) Azərbaycan üzrə yeni alternativ direktor təyin edilib.

Bu, Toğrul Quliyevdir. 

O, Azərbaycanla yanaşı, Bruney, Gürcüstan, Qırğızıstan, Pakistan və Türkiyə üzrə də eyni vəzifəni icra edəcək.

T.Quliyev azərbaycanlı alternativ direktor Ruslan Rüstəmlinin yerinə təyinat alıb. Hazırda AIIB-də digər alternativ direktor isə Pakistan vətəndaşı Məhəmməd Aslam Çaudaridir (Muhammad Aslam Chaudhary). Bankın region üzrə direktoru isə Türkiyə vətəndaşı Mehmet Alper Baturdır.

T.Quliyev İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Departamentinin direktor müavinidir. Həmin departamentin direktoru isə R.Rüstəmlidir. O, bu il mayın 7-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin yerinə “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin baş direktoru təyin edilib.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində (Çin) 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfdən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib.(report.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1145

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 02:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru