Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyun

2018
14:01
Əlcəzairin İslam Şurası Ayətullah Xameneinin fətvasını təsdiqləyib

Əlcəzairin Ali İslam Şurası Ayətullah Seyyid Əli Xameneinin səhabələrə və Peyğəmbərin (s) xanımlarına ehtiramın vacib olması barədə fətvasını təsdiqləyən qanun layihəsi qəbul edib.

FaktXəbər-in "İqna"ya istinadən məlumatına görə, dünən Əlcəzairin Ali İslam Şurası Həzrət Peyğəmbərin (s) səhabələrinə və xanımlarına qarşı təhqirli sözlər işlətməyi haram elan edərək bu işin həm də Peyğəmbərin (s) özünə qarşı hörmətsizlik olduğunu və müsəlmançılıqla ziddiyyətdə təşkil etdiyini vurğulayıb.

Şura əlavə olaraq bildirib ki, Ali lider Seyyid Əli Xameneinin bu barədə fətvası Əlcəzairdə də keçərlidir.

Əlcəzairin Ali İslam Şurası Ayətullah Xameneinin bu fətvasını müsəlman ümmətinin vəhdəti yolunda atılmış mübarək addım hesab edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ayətullah Xamenei 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 05:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com