Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2018
10:03
Kirayə evlərin qiyməti 10-15 faiz artıb

Yay tətilinin başlaması, təhsil ilin yekunlaşması ilə əlaqədar Bakıda kirayənişin yaşayan tələbələr evlərinə dönür. Bu səbəbdən də paytaxtda kirayə boş mənzillərin sayı artır. Bunun qiymətlərə təsiri olub-olmadığı haqda Bakının ev bazarındakı qiymətlərlə maraqlandıq. Maraqlıdır ki, paytaxtda kirayə evlərin qiymətində bahalaşma müşahidə olunur.

20 ildən çoxdur Bakıda maklerlik edən Ədalət Eyyubov bildirir ki, son zamanlar ev bazarında kirayə evlərin qiymətində artım müşahidə olunur: “Ötən illə müqayisədə Bakıda kirayə evlərin qiymətində 10-15 faiz artım görünür. Bu artımı tələbələrlə əlaqələndirməzdim. Əsas səbəb şəhərdə köhnə tikililərin üzərində pilot layihələrin çoxalması, köhnə binaların sökülməsi, bina sakinlərin binanın tikintisi başa çatana qədər müvəqqəti kirayənişin yerləşdirilməsidir. Ev bazarında kirayə mənzillərin qiymətində artım ərazi üzrə söküntü olmayan rayonlarda daha çox hiss olunur. Xüsusən də ”Əcəmi" metro stansiyası ətrafında. Yasamal rayonundan köçürülən əhalinin əksəriyyəti “Əcəmi”yə üz tutur. Bu yaxınlarda Nəsimi rayonunun “Papanin” adlanın ərazisində də bir neçə məhəllə sökülüb".

Ə. Eyyubov onu da qeyd edir ki, bəzi tələbələr indidən növbəti tədris ili üçün ev icarəyə götürürlər: “Avqust-sentyabr aylarında sıxlıq olur deyə maddi imkanı normal olan tələbələr indidən növbəti tədris ili üçün kirayə ev seçirlər. Ancaq yenə də boş ev tapmaq mümkündür. Boş ev tapmaq əsasən qışda çətin olur. Çünki qışda evini dəyişmək istəyənlərin sayı az olur”.

Bakıda kirayə evlərin qiymətinə gəlincə, makler deyir, köhnə binalardan ucuz evlər tapmaq mümkündür: “Köhnə binalardan 250-300 manata əşyasız, 2 otaqlı mənzil tapmaq olar. Bu qiymət olan evlərin təmizliyi, təmiri o qədər də ürəkaçan olmur. Əla təmirli, şəraitli, əşyalı iki otaqlı evlər 350 manatdan başlayır. Qışda istilik sisteminin, yayda kondisionerin olması qiymətə təsir edir. Bakıda Nəsimi və Səbail rayonlarından şəhərin mərkəzinə doğru kirayə evlərin qiyməti bahadır. Ən ucuz kirayə evlər isə Qaradağ rayonundadır”.(musavat.com)

Məqalədə : kirayə evlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13477

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12147

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13570

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13154

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18524

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13018

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13151
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 14:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru