Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2018
15:36
Bəhreyn müxalifət lideri bəraət aldı

Bəhreynin müxalifət lideri Qətərə casusluq ittihamından bəraət alıb. 

FaktXəbər-in verdiyi məlumata görə, AFP-yə Bəhreyn İnsan Haqları Mərkəzindən bildirilib ki, Şeyx Əli Salman bütün ittihamlardan bəraət alıb və günahsız olduğu sübut olunub.

Bəhreyn hüquq müdafiəçilərinin sözlərinə əsasən, Şeyx Salmanla birlikdə həbs edilən iki həmkarı - Həsən Sultan və Əli əl-Əsvəd də bəraət alıblar.

Bundan əvvəl Şeyx Əli Salman 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra Ali Xəlifə rejimi onu və köməkçilərini həbsdə saxlamaq üçün yeni qondarma ittihamlar əlavə etmişdi. İttihamda qeyd olunurdu ki, Şeyx Əli Salman Qətərə casusluq edir.

Beynəlxalq Amnistiya Təşkilatı Bəhreyn rejimindən Şeyx Əli Salmanın dərhal azadlığa buraxılmasını tələb edir.

Xatırladaq ki, casusluq ittihamından bəraət alan Şeyx Əli Salmanın həbs cəzası 28 dekabr tarixində sona çatacaq.

Həmçinin Bəhreyndə 30-dan çox müstəqil hüquq müdafiəsi təşkilatı Bəhreyn rejimindən tanınmış müxalifət lideri Şeyx Əli Salmana qarşı bütün ittihamların ləğv edilməsini istəyib. 32 QHT-nin birgə bəyanatında bildirilir ki, iyunun 21-də keçirilən məhkəmə zamanı Şeyx Salmanın məhkəmə azadlığı və hüququ pozulub, eyni zamanda ölkədəki demokratik vəziyyət acınacaqlıdır.

2017-ci il noyabrın 1-də ləğv edilmiş "Əl-Vifaq" Milli İslam Cəmiyyətinin 52 yaşlı baş katibi və onun iki əməkdaşı Həsən Sultan və Əli əl-Əsvəd Qətərə casusluqda ittiham olunmuşdu. "Əl-Vifaq" təşkilatının rəhbəri Şeyx Əli Salman 2014-cü ilin dekabr ayında Bəhreyndə hakimiyyətdə olan Ali-Xəlifə rejimini tənqid etdiyi üçün həbs olunub. Bəhreyn xalqı 2011-ci ildən bəri ölkədə ictimai və siyasi islahatların aparılmasını tələb edir. Şeyx Əli Salman həbs edildiyi zamandan etibarən bu ölkədə hakimiyyətə qarşı keçirilən aksiyalar daha da şiddətlənib.

Məqalədə : Bəhreyn 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
241

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
254

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
257

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
332

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
262

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
299

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
501

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
417
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 06:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru