
Bu gün Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən FaktXəbər-ə verilən məlumata görə, ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 37029, XI sinif üzrə 27771).
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- “İmtahana buraxılış vərəqəsi”;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a)Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b)əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb.
İmtahanda 37029 nəfər (Bakıda 32652, Şirvanda 882, Naxçıvan Muxtar Respublikasında 3495) 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.
XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb.
İmtahanda 27771 nəfər (Bakıda 23978, Şirvan 776, Naxçıvan Muxtar Respublikasında 3017) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına, ümumilikdə 241 imtahan rəhbəri, 2939 nəzarətçi-müəllim ayrılıb. İmtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Saudi WikiLeaks: "Səudiyyə hakimiyyəti müxalifətçilərin kütləvi oğurlanmasına göstəriş verib"
22
Aprel
Almaniyalı deputat: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”
22
Aprel
Nazirlik koronavirusa qarşı evdə müalicə prosesinə aydınlıq gətirib
22
Aprel22-04-2021 09:23 Bu gün 8790 şagird üçün buraxılış imtahanı keçiriləcək
25-06-2020 10:59 Növbəti buraxılış imtahanları başlayıb
19-06-2020 16:19 3 nəfər yüksək hərarətə görə, 2 nəfər telefon keçirdiyinə görə imtahana burax
19-06-2020 11:34 Bu gün keçirilən imtahanların nəticələrinin məlum olacağı tarix açıqlandı
19-06-2020 09:00 Bu gün növbəti buraxılış imtahanları keçirilir
18-06-2020 19:35 Buraxılış və qəbul imtahanları təxirə salınacaqmı?
- 22-04-2021 18:04 Sağalanların sayı yoluxanları keçdi
- 22-04-2021 16:11 ETSN: "Havada müşahidə olunan toz lokal xarakter daşıyır"
- 22-04-2021 16:06 Atçılıq Mərkəzindəki atlar niyə acından ölür? - Nazirlikdən açıqlama
- 22-04-2021 15:25 Pərviz Abbasovla İmran Ağayev belə tutulub - VİDEO
- 22-04-2021 14:37 Suqovuşanda minalarının zərərsizləşdirilməsi anı - VİDEO
- 22-04-2021 14:26 Vaksinasiya ilə bağlı daha 2 nəfər işdən çıxarıldı
- 22-04-2021 13:45 Həbs edilən Pərviz Abbasovla İmran Ağayev kimdir? - Bioqrafiya
- 22-04-2021 13:30 Sabaha gözlənilən hava açıqlandı
- 22-04-2021 12:48 Selcuk Bayrakdar yeni hədəflərini açıqladı
- 22-04-2021 12:46 Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törətdi - Rəsmi
- 22-04-2021 12:17 “Bravo” bu fotoya görə üzr istədi
- 22-04-2021 12:03 Nazirlik: Mingəçevir su anbarına kifayət qədər su ehtiyatı yığılıb
- 22-04-2021 11:58 Ermənilər Suqovuşanda daha çox plastik mina basdırıbmış
- 22-04-2021 11:31 Hüseynbala Mirələmov ADNSU-dakı vəzifəsindən azad edildi
- 22-04-2021 10:55 Azərbaycanlı akademik vəfat etdi - FOTO
- 22-04-2021 09:47 Zenit-raket bölmələrinin döyüş atışlı təlimi - VİDEO
- 21-04-2021 17:07 Polis reyd keçirib: 20 sürücü barəsində protokol tərtib edildi - FOTO
- 21-04-2021 16:46 Bakıda havanın ən çox çirkləndiyi ərazilər AÇIQLANDI
- 21-04-2021 16:31 Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
- 21-04-2021 15:21 Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
- 21-04-2021 13:24 Azərbaycanda nazir koronavirusa yoluxub
- 21-04-2021 13:10 Sabahın hava proqnozu açıqlandı
- 21-04-2021 12:51 Prezident Hacıqabulla bağlı sərəncamlar verdi
- 21-04-2021 11:46 Prokurorluq: Bərdədə həkim səhlənkarlığı ilə bağlı fakt araşdırılır
- 21-04-2021 10:58 "ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb