Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2018
11:53
2646
Milli Qəhrəman Səfa Axundovun doğum günüdür

Azərbaycanın Milli Qəhrəmanı Səfa Fətulla oğlu Axundovun doğum günüdür. 

19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olub. İlk təhsilini Saatlı rayonunda alıb, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirib.

Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusu onu Bakı aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroportda pilot işləyir.

1987-ci ildə Riqada yaşayan Səfa erməni quldurlarının vətənimizə təcavüzünə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat "Azal-aero" aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin edilir.

1992-ci il 28 yanvarında Şuşaya iki uğurlu uçuşunu edir. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket vertolyotu partladır. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak olur.

Evli idi, iki oğlu yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğlu şəhadətindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulub.

Məqalədə : Milli Qəhrəman 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
51

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
215

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
27

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
31

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
59

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
34

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
33
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 16:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru