Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2018
14:51
Qubad İbadoğlu: Kombaynlar icra başçılarının inhisarındadır

"Bayram günü Tovuzdaydım, elə bil ki, Azərbaycana deyil, başqa ölkəyə səfər etmişdirm. Rayonlarda əsil natura iqtisadiyyatı formalaşıb."

FaktXəbər-in məlumatına görə, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu açıqlamasında bildirib.

O qeyd edib ki, əhali dolana bilmir, qonşular hətta bir-birindən 1-2 manat, 3-5 manat borc istəyir və ya da aralarında natural formada mal mübadiləsi aparır, Bakıda isə Mərkəzi Bank 200 manatlıq əskinas dövriyyə buraxır: 

"Hamı bir-birinə və banklara borcludur. Tovuzda, Qazaxda, Ağstafada, Şəmkirdə, Gədəbəydə əksəriyyət gözləyir ki, kartof yetişsin, satıb, borclarını ödəsinlər. Kartofun kilosu isə hazırda 20 qəpikdir. Cəlilabad və Masallı kartofunun topdansatış qiyməti bundan da ucuzdur. Bu hal yalnız Qərb bölgəsinə xarakterik deyil, mərkəzdə, cənubda, Aranda, Mil-Muğanda son aylar əlverişsiz keçən hava şəraiti taxıl sahələrini və meyvə bağlarına ciddi ziyan vurub. Yerli icra hakimiyyətlərinin inhisarında olan aqro-lizinqlərdən kombaynları icarəyə götürə bilməyən kəndlilər taxıllarını vaxtında biçə bilmədiklərindən mayalarını belə batırmaqdadırlar. Bütün bunlar da pis idarəçiliyin, inhisarçılığın və korrupsiyanın nəticəsində baş verir. Bir tərəfdə kəndliyə kombayn verməyən mülkədar icra hakimləri, digər tərəfdə də əlverişsiz hava şəraiti aqrar sahəni bərbad günə qoyub."

Məqalədə : Qubad İbadoğlu kombayn 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3677

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2713

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2117

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1831
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 11:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru