Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2018
10:00
Gəlin kişi olub torpaqlarımızı işğaldan azad edək

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib-getmələrinə Azərbaycanın yalnız müşahidəçi qismində müşahidə etməsi, Azərbaycan tərəfinin erməni işğalı ilə barışması təsüratı yaradır. Harada görünüb ki, ərazisi işğal olunmuş bir dövlətin başı üzərindən işğalçı dövlət işğal etdiyi əraziyə silah-sursat daşısın, yüksək səviyyədə görüşlər təşkil etsin, işğala məruz qalan dövlət isə kənardan köks ötürə-ötürə yalnız müşahidə etsin. Sərhədlərini pozan bir dövlətin hərəkətlərinə laqeyidlik nümayiş etdirsin.

Yalnız təbliğatda mövcud olan “mütərəqqi dünya ölkələri”, eləcə də Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya, Fransa heç razı olardılarmı ki, hansısa qonşu dövlətin əsgərləri onların ərazisinin bir qismini işğal etsin. Onlarda buna dözümlülük nümayiş etdirsinlər.

Məgər demokratik Avropa deyilən məkanın bir hissəsi sayılan İspaniyada bir neçə həftənin içində Katalon separatistlərinə necə cavab verildiyinin şahidi olmadıqmı? Dövlət bütün hallarda dövlətdir.

Ona görə də demək olmaz ki, bir dövlətin ərazi bütövlüyü digərinkindən daha vacibdir.

Bu səbəbdən də “dünya birliyi” deyilən mücərrəd məhfuma çox da bağlanmaq lazım deyil. Başqa vaxt özümüzdə nəinki ABŞ-a və Avropaya, hətta cəmi dünyaya qarşı durmağa güc tapırıq, amma elə ki, məsələ gəlir Qarabağın üstünə, başlayırıq dünya birliyi belə gəldi, Rusiya elə gətdi!

Qardaş Türkiyə öz ərazi bütövlüyünü təmin etmək məqsədi ilə 700 milyard dollar büdcəsi olan ABŞ-a meydan oxumadımı? Nəticə nə oldu? ABŞ terrorla mübarizədə Türkiyəyə əməkdaşlıq təklif etdi.

Ona görə də təcili ermənilərə elə zərbə vurmaq lazımdır ki, uzun müddət onlar üçün şok olsun– dünya güclə hesablaşır və gəlin biz də indiki reallığı dəyişib eləsini yaradaq ki, həmin dünya bizim reallıqlarımızla hesablaşmağa məcbur qalsın.

Hər il silahlanmaya milyonlar xərcləyirik. Bu silahları Ermənistana hədə-qorxu gəlmək üçünmü alırıq? Axı hər bir silahın bəlli müddəti var. Həmin müddət keçdikdən sonar bu silahlar metal tullantılarına çevrilirlər. Ona görə də gəlin pullarımızı silaha verib tullantıya çevirməyək... Gəlin kişi olub torpaqlarımızı işğaldan azad edək.

Diqqətlə baxın, bu plakat Laçın rayonunun Zabux kəndi ilə Gorus rayonunun Tex (Dığ) kəndləri arasında quraşdırılıb. Qondarma qrumun, separatçıların sərhədlərinin buradan başlandığını göstərir. Ermənistanın rəsmi mənbələrində Laçın, Kəlbəcər əraziləri də Dağlıq Qarabağ əraziləri kimi göstərilir.

Ermənistan rəhbərliyi Azərbaycan ərazilərində yaratdıqları qondarma qurumun simvollarını dünyada tanıtmaq üşün ciddi fəaliyyət həyata keçirir.

Qarabağa hər il çoxlu sayda turistlər cəlb edirlər.  Bu nə deməkdir? Bu o deməkdir ki, danışıqlar bir qədər də uzansa, Qarabağın “müstəqilliyi” dünya dövlətləri tərəfindən de-fakto tanınacaq. Ona görə də düşünmək hələ ki, gec deyil.

Faiq İsmayılov 

AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18478

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17097

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18482

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18036

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23546

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17991

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18115
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 08:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru