Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2018
15:16
2969
Bəhreyn kralı seçkilərdə analoqu olmayan hiyləyə əl atır

Bəhreyn rejimi ölkədə siyasi qrupların sıradan çıxarılması üçün yeni addım atıb. 

FaktXəbər-in məlumatına görə, Bəhreyn kralı ölkədə fəaliyyətləri ləğv olunan bütün siyasi partiya və təşkilatların üzvlərinin seçkidə iştirakına qadağa qoyub. Bu isə monarxiya rejimi olan Bəhreyndə insan haqqlarının daha da pozulması və demokratiyanın tamamilə məhvi deməkdir. 

Bəhreynin ən güclü siyasi təşkilatı sayılan, hazırda isə fəaliyyəti ləğv edilən Əl-Vifaq cəmiyyəti kralın bu addımını kəskin qınayıb. Təşkilat bəyanat yayaraq bildirib ki, Bəhreyn kralının bu addımı seçkilərdə yalnız 50 min nəfərə iştirak hüququ verir: "Bu isə xalqın demokratiya istiqamətində apardığı səylərə və ölkədə ədalətli hakimiyyətin mövcud olmasına qarşı çirkin addım və hazırki hakimiyyətin bir daha məğlubiyyətinin göstəricisidir. Dünyanın heç bir ölkəsində belə despotizm mövcud deyil."

Məqalədə : Bəhreyn 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qədr gecəsində nə etməli?

24

May
12:44
RAMAZAN AYI
931

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
56
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 12:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru