Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2018
11:27
Qobustanda şagirdlər arasında dava olub, bıçaqlanan var

Qobustanda məktəb yoldaşını bıçaqlamaqda şübhəli bilinən 11-ci sinif şagirdi saxlanılıb. 

"Son zəng" günü məktəb yoldaşını bıçaqlayan A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdi Rauf Ağaquliyev polis əməkdaşları tərəfrindən saxlanılıb. 

***10:49

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

Hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qobustan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 15:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  faktxeber[email protected]

Valyuta.com