Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2018
19:45
Təhsil Nazirliyi: `Kids studio` uşaq bağçası qeyri-qanuni fəaliyyət göstərir

"Bakı şəhərində fəaliyyət göstərən “Kids studio” uşaq bağçası lisenziyasız - qeyri-qanuni fəaliyyət göstərir".

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O qeyd edib ki, təhsil müəssisələrinin, o cümlədən bağçaların fəaliyyətinə dair lsenziyaların verilməsi "ASAN xidmət" tərəfindən həyata keçirilir: "Bu zaman Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinə uyğunluğu Təhsil Nazirliyinin ekspertləri tərəfindən yoxlanılır".

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən “Kids Studio” bağçasında tərbiyəçilərin uşaqları döyməsi, onlara fiziki və psixoloji təzyiqlər göstərməsini əks etdirən videogörüntülər yayılıb./Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : uşaq bağçası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 16:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com