Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2018
23:45
İsrail əsgərləri 4 fələstinlini güllələdi, 618 yaralı var

İsrail əsgərlərinin Qəzza sərhədində "Milyonluq Qüds aksiyası" keçirən Fələstinlilərə müdaxiləsi nəticəsində biri uşaq olmaqla 4 nəfər öldürülüb, 618 nəfər isə yaralanıb.

FaktXəbər-in məlumatına görə, Qəzzadakı Səhiyyə Nazirliyi sözçüsü Əşrəf Əl-Kudra yazılı açıqlamasında 29 yaşlı fələstinli Yusif əl-Fasihin Qəzzanın şərq sərhədində, 15 yaşlı Haysem İmad əl-Cəməl ilə 25 yaşlı Ziyad Cadallah əl-Bərimin Xan Yunus bölgəsində, 26 yaşlı İmad Nəbil Əbu Dərrabinin isə Cibaliyə düşərgə bölgəsində İsrail əsgərlərinin odlu silahdan açdığı atəşlə şəhid edildiyini bildirib.

Mitinqlərdə 9-u ağır olmaq 117 nəfərin güllə yarası aldığını, ümumilikdə isə 618 nəfərin yaralandığını söyləyən Kudra bunlardan 48-nin uşaq, 20-sinin qadın, 2-sinin təcili yardım əməkdaşı, 5-nin isə jurnalist olduğunu qeyd edib.

Xatırladaq ki, Qəzza sərhədində "Böyük Qayıdış Yürüşü" çərçivəsində Neksənin 51-ci ili münasibətilə "Milyonluq Qüds aksiyası" keçirilib.

Fələstinlilər İsrailin 1967-ci ildə İordan çayının qərb sahili, Şərqi Qüds, Qəzza zolağı, Sina yarımadası və Holan təpələrini işğal etməsilə nəticələnən 6 Gün müharibəsinin başladığı Neksəni anmaq üçün keçirilən "Milyonluq Qüds aksiyası"nda iştirak etmək üçün sərhədə yürüş etmişdi.

Fələstinlilər Torpaq gününün 42-ci ili münasibətilə 30 martdan bu yana blokada altındakı Qəzza zolağının İsrail sərhədində "Böyük Qayıdış Yürüşü" adı altında dinc aksiyalar keçirir.

İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-cı ildən Qəzzaya tətbiq olunan blokadanın qaldırılmasını tələb edən dinc əhaliyə odlu silahdan atəş açırlar.

Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi 30 martda başlayan Böyük Qayıdış Yürüşü aksiyalarında 13-ü uşaq, 2-si təcili yardım əməkdaşı və 2-si jurnalist olmaq 120-dən çox Fələstinlinin İsrail əsgərləri tərəfindən öldürüldüyünü, 7 min 451-i odlu silahdan olmaqla, 13 min 672 Fələstinlinin yaralandığını açıqlamışdı.

Məqalədə : Qüds günü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
251

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
264

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
267

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
342

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
272

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
309

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
511

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
432
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 07:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru