Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2018
18:29
Azərbaycanın 7 milyard barrel təsdiqlənmiş neft ehtiyatı var

Ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş xam neft ehtiyatları 7 milyard barrel təşkil edib.

FaktXəbər-in "Azərtac"a istinadən verdiyi xəbərə görə, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.

2017-ci ilin sonuna olan məlumata görə, Xəzəryanı ölkələrdən İranın təsdiqlənmiş neft ehtiyatları 155 milyard 600 milyon barrel, Rusiyanın 80 milyard barrel, Qazaxıstanın 30 milyard barrel, Türkmənistanın isə 600 milyon barrel olub.

Dünyada təsdiq olunmuş neft ehtiyatlarına görə ilk sırada 302 milyard 809 milyon barrel ilə Venesuela, ikinci yerdə 266 milyard 260 milyon barrellə Səudiyyə Ərəbistanı, üçüncü sırada İran (155,6 milyard barrel), dördüncü yerdə 147 milyard 223 milyon barrel ilə İraq, beşinci sırada isə 101 milyard 500 milyon barrellə Küveyt qərarlaşıb. Dünyada təsdiqlənmiş neft ehtiyatları ən az olan ölkə 198 milyon barrel ilə Belarusdur.

Dünya üzrə təsdiq edilmiş xam neft ehtiyatları 1 trilyon 482 milyard 773 milyon barrel olub. Bu həcmin 81,9 faizi, yəni 1 trilyon 214 milyard 209 milyon barreli OPEC-ə üzv ölkələrdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə təsdiq olunmuş neft ehtiyatları 57 milyard 769 milyon barrel, keçmiş Sovet İttifaqı ölkələrinin ehtiyatları isə 118 milyard 886 milyon barreldir.

Məqalədə : OPEC neft ehtiyatı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
415

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
316

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
503

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
697
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 06:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru