Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
21:28
Bəzi xidmətlər üzrə dövlət rüsumu artırılır

Azərbaycanda bir sıra sahələr və xidmətlər üzrə dövlət rüsumu artırılır.

Bununla bağlı prezident tərəfindən Milli Məclisə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə təklif təqdim olunub.

Layihəyə əsasən qanunun 10.1-ci maddəsinin (Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün) 1.2-ci hissəsində (müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə) nəzərdə tutulan rüsum 200 manatdan 250 manata qaldırılır.

Qanun 18.65-ci (Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi) maddəsinə edilən dəyişikliyə əsasən isə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan avto nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1500 manatdan 2000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 2500 manatdan 3000 manata qaldırılır. 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1000 manatdan 1500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1500 manatdan 2000 manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 500 manatdan 1000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1000 manatdan 1500 manata qaldırılması təklif edilir.

Layihə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar sessiyada ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

09

Dekabr
13:10
İQTİSADİYYAT
266

Şənbə günü yol qəzalarında 4 nəfər ölüb

09

Dekabr
13:08
HÜQUQ,HADİSƏ
216

Təhsil naziri əmr imzalayıb

09

Dekabr
13:03
ELM / TƏHSİL
2236

Bu ərazilərdə işıq olmayacaq

09

Dekabr
13:01
ÖLKƏ
263

Sabahın hava proqnozu açıqlanıb

09

Dekabr
12:59
ÖLKƏ
207

"Qızım İlkinin evində öldü" - Atası DANIŞDI

09

Dekabr
12:30
HÜQUQ,HADİSƏ
581

Xırdalanda partlayış olub, xəsarət alan var

09

Dekabr
11:41
HÜQUQ,HADİSƏ
225
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2019 15:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru