Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2018
12:18
Paxlalı plov bişirməyə tələsin, vaxt az qalıb

Lazım olan ərzaqlar

Qoyun əti - 100 q

Düyü - 150 q

Ərinmiş yağ - 50-100 q

Paxla - 100 q

Şüyüd - 60 q

Ədviyyat - zəfəran, istiot, duz.

Hazırlanma qaydası

Düyü götürülür, yuyulub yarım saatlıq islağa qoyulur. Paxla təmizlənir. Paxlanı təmizləmək dedikdə əvvəl içi çıxarılır, sonra isə o dənlər qabığından təmizlənir. Onu da qeyd edək ki, bu paxla, ancaq cənub zonasında əkilir. Görünüşcə lobyanı xatırladır, amma özü də, içindəki dəni də lobyadan böyük olur.

Plovun suyu qaynamağa başlayanda düyü ilə birgə paxla qazana tökülür, adi qaydada duz əlavə edilir. Süzüldükdən sonra doğranmış şüyüd əlavə edilir.

Qazanin dibinə azacıq süzgəcdəki paxla, düyü, şüyüdlü qarışıqdan töküb kərə yağı ilə qarışdırırılır. Sonra bu qarışığın üzərinə soğanla çəkilmiş qoyun ətinə duz-istiot vurulub, bütöv katlet şəklində qazanın dibinə yığılır.

Bundan sonra süzgəcdən keçirilmiş qalan qarışıq qazana tökülür, adi qaydada yağlanır, dəmə qoyulur. Bir saat vam odda dəm alır.

Süfrəyə qatıqla verilsə daha yaxşı olar.

Zövqə görə bu plovu quru və ya duzlu balıqla da yemək olar.

Qeyd edək ki, paxla plov ancaq may ayında bişirilir. Buna səbəb də paxlanın bu aydan sonra tapılmamasıdır.

Məqalədə : paxla plov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54496

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52609

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54009

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53749

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59179

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53449

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53828
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-12-2020 19:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru