Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2018
16:06
7084
Öldürülmüş erməni hərbçinin anası Azərbaycandan sığınacaq istəyəcək-VİDEO

Bir neçə həftə öncə Ermənistanın şimal şərqindəki  hərbi hissədə başından güllələnmiş halda tapılan erməni hərbçi  19 yaşlı Levon Torosyanın ailəsini qarnizonun  istintaq komitəsi tərəfindən irəli sürülən intihar  iddiasına inanmır. FaktXeber.com-un məlumatına görə, bu barədə Ermənistanın shamshyan saytı xəbər verib.

Ermənistan KİV-nə müsahibə verən Torosyanın anası 42 yaşlı  Armenuxi Poqosyan bildirib ki, oğlu ötən ilin iyul ayında cəbhəyə çağırılıbmış.

«O, mənimlə telefonla danışarkən həmişə  zabitlərin onunla pis davranmasından şikayətlənirdi. Armavirdə o, gizirlik kurslarını bitirmişdi. Kursu bitirdikdən sonra o, yenidən hərbi hissəyə qayıtmışdı. Bir həftə sonra isə – mayın 6-da o, ölü tapılıb», - deyə əsgərin anası bildirib.

Onun sözlərinə görə həmin gün o, oğlu ilə telefonla danışıb və qeyri-adi səslər eşidib, sonra isə əlaqə kəsilib: «Mənimlə telefon danışığından sonra onu qəddarcasına qətlə yetiriblər. Onun əvvəlcə cinsiyyət orqanlarına zərbələr vurublar, sonra isə başından güllələyiblər».

Məhkəmə Tibb Ekspertizası hərbçinin bədənində zorakılıq əlamətləri olduğunu təsdiqləyib.

Öldürülmüş əsgərin anası Nikol Paşinyana müraciət edərək, oğlunun qətlinin ədalətli şəkildə araşdırılmasını və təqsirkarların cəzalandırılmasını istəyib. Qadın bildirib ki, sona qədər mübarizə aparacaq və ən sərt addımlara hazırdır.

«Əgər məsələ ədalətli həllini tapmasa, mən ən qəti addımları atacam. Ermənistan vətəndaşlığından imtina edəcəm və Azərbaycandan vətəndaşlıq istəyəcəm», - deyə A.Paqosyan bildirib.

Qeyd edək ki, Torosyan ailənin yeganə övladı olub.

Məqalədə : erməni hərbçi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşdı

19

İyun
09:25
İQTİSADİYYAT
7

Babək prospektində qəza

19

İyun
09:25
HÜQUQ,HADİSƏ
16

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1720

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1029

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2162

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2859

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
132

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
835

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4223
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 09:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru