Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2018
15:55
Deputat: Elələri var ki, haqqı çatır, amma əlillik dərəcəsi ala bilmir

“İllərdir ki, əlilliyin müəyyən edilməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunub. Hesab edirəm ki, hazırda buna yeni prizmadan baxmalıyıq. Əlillik dərəcəsinin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır”.

FaktXəbər-in Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, elə şəxslər var ki, onların haqqı çatmasa da, əlillik dərəcəsi ala bilir: “Elələri də var ki, haqqı çatır, amma ala bilmir. Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə yüksəkdir. Ayrı-ayrı strukturlar tərəfindən əlillik dərəcələri düzgün şəkildə verilməyib. Əgər bu say düzgün olarsa, o zaman onların pensiya və məvaciblərinin artırılması məsələsi də gündəmə gələ bilər”.

S.Novruzov qeyd edib: "Elə əlillər də var ki, onlar işləyə bilərlər. Əlilləri cəmiyyətdən təcrid etmək deyil, onları cəmiyyətin aktiv bir üzvü kimi fəaliyyətə cəlb etmək olar. Elə əlillər var ki, onlar oturaq şəkildə çalışa bilərlər”.

Millət vəkili deyib ki, Azərbaycan qanunvericiliyinə görə, hər hansı təşkilat bağlandıqda orada ən son əlillər, müharibə veteranları işdən uzaqlaşdırılmalıdır: "Bu insanların iş axtarması digərlərindən daha çətindir. Bu məqam qanunda təsdiq olunsa da, bəzi strukturlar buna nəzarət etmirlər. Bu məsələ ciddi nəzarətdə olmalıdır. Deputat həmkarlarıma kifayət qədər şikayətlər gəlir. Aidiyyəti strukturlar buna ciddi nəzarət etməlidirlər ki, bu cür insanların hüquqları daim qorunsun”.

Məqalədə : əlillik dərəcisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
172

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
180

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
215

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
354
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 00:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru