Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2018
12:13
`Siqarət qadağısı ilə bağlı qaynar xətt açılsın` - RƏSMİ

Nazirlik: İctimai yerlərdə tütündən istifadəni məhdudlaşdırmaq üçün telefon xidməti yaradılmalıdır.

“İctimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun bütün dünyada olduğu kimi bizdə də vəziyyəti dərhal dəyişdirməyəcək”.

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev "31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi" mövzusunda təşkil olunan Dəyirmi Masada deyib.

O bildirib ki, bununla əlaqədar ciddi addımlar da atılmalıdır: “Bu tədbirlər kompleks şəkildə yanaşmanı tələb edir. Həmin qanunun tətbiqi üçün mexanizmlər lazımdır. Məsələn, insanlar qadağan olan yerlərdə siqaret çəkirsə, onun cəriməsi nə qədər olmalıdır, nəzarəti necə aparılmalıdır kimi problemlər həll edilməlidir. Bu məsələlər olduqca vacibdir. Hesab edirəm ki, hotellərdə və ictimai iaşə obyektlərində qanuna əməl etmək dərəcəsi o qədər də yüksək deyil. Düzdür, yüksək statuslu obyektlər bu qanuna riayət edir, amma digər obyektlərdə bu faiz aşağıdır. Buna görə də nəzarət mexanizmi lazımdır”.

Şöbə müdiri əlavə edib ki, ictimai yerlərdə tütündən istifadənin məhdudlaşdırılması üçün telefon xidməti yaradılmalıdır: “Bu, ona görə lazımdır ki, insanlar belə problemlərlə rastlaşanda mübahisəyə girmək əvəzinə zəng edib şikayət etsinlər”.

Tədbirdə qeyd olunub ki, siqaret böyüklər arasında hər on nəfərdən birinin ölüm səbəbidir. XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. Qlobal tütün epidemiyası hər il 7 milyondan çox insanı öldürür. Bunlardan 900 min nəfəri siqaret çəkməyən, lakin ikinci tütün tüstüsü ilə nəfəs alanlardır.(apa)

Məqalədə : Siqaret qadağası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68429

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65852

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67649

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
67001

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72466

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66734

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67068
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-03-2021 02:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru