Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2018
13:12
Dünyada ilk kağız fabriki Bağdadda qurulub

FaktXəbər olaraq bir neçə il əvvəl Aqil Mehdinin "Qərbi Qərb edən islam alimləri" adlı kiçik məqaləsini dərc etmişdik. Məqalə kiçik olmasına baxmayaraq, orada adı çəkilən şəxslər dünyaca məşhur alimlər olublar və böyük nailiyyətlər əldə ediblər. Oxucuların istəklərini nəzərə alaraq məqalədə adı çəkilən alimlərin hər birindən kiçicik bir hissənin də təqdim edilməsi üçün məqalə müəllifinin yeni araşdırmalarının dərcinə başlayırıq. Qərar aldıq ki, ilk məqalədə göstərilən sıralama ilə həmin şəxsləri təqdim edək. Beləliklə, ilk olaraq İbn Fəzlin kimliyi barədə kiçik məlumatı dərc edirik.

I məqalə

İbn Fəzl 739-cu ildə Abbasi İmperiyasında dünyaya gəlib.

Bərməkilər nəslindəndir. Əsl adı Yəhyadır.

Ən böyük uğuru və xidməti dünya tarixinin ilk kağız fabrikini qurmasıdır.

Təkcə İslam dünyasında deyil, bütün dünyada yeni bir dövrün başlanğıcı olan bu kağız fabrikini 794-ci ildə Bağdadda qurub.

Qərbi Qərb edən İslam alimləri

751-ci ildə Səmərqəndə köç edən müsəlmanların çinlilərlə əlaqə qurduqdan sonra kağız istehsalını öyrənməsi, öyrəndikləri metodları inkişaf etdirib daha ucuz, daha möhkəm kağız istehsal etməsi və istehsal etdikləri kağızlardan daha geniş istifadə sahəsi yaratması nəticəsində Xəlifənin papirusu qadağan etməsi və müsəlmanların istehsal etdiyi kağızların istifadəsini əmr etməsi ilə İbn Fəzl ilk kağız fabrikini yaradır.

İlk kağız fabriki ilə bağlı Gosta və Le Bon kağızın yeni mədəniyyət başladacağını bildirdikdən sonra belə şərh edir:

"Perqamenti sıradan çıxaran kitab kağızını müsəlmanlar icad ediblər. Əgər bu olmasaydı, bizim intibahın necə olacağı barədə bir az düşünməliyik".

Libri isə, "Tarixdən müsəlmanları çıxarsanız, elmi intibahımız əsrlərlə geri qalmış olar", - deyə bildirir. 

Vill Durant da "Mədəniyyət tarixi" adlı əsərinin "İman çağı" hissəsində belə yazır:

"Kağız emal üsulu müsəlmanlar tərəfindən Siciliya və İspaniyaya gətirildi. Oradan Fransa və İtaliyaya keçdi. Miladdan sonra 105-ci ildən etibarən Çində istifadə edildiyini gördüyümüz kağızı, 707-ci ildə Məkkə, 800-cü ildə Misir, 950-cə İspaniya, 1100-cə Bizans, 1102-də Siciliya, 1228-də Almaniya və 1309-da da İngiltərədə görürük".

İbn Fəzl 805-ci ildə dünyasını dəyişib.

Aqil Mehdi

Məqalədə : İbn Fəzl İslam alimləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
202

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
185

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
176

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
200

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
197

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
311

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
306

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
313

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 21:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru