Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2018
12:17
Global Research: MKİ Şimali Koreya rəhbərini terror etmək fikrindədir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Şimali Koreya lideri Kim Çen Inı terror etmək məqsədilə olduqca məxfi əməliyyat hazırlayıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Global Research portalı məlumat yayıb.

Portalın yazdığına görə, Cənubi Koreya rəsmiləri bununla bağlı açıqlama verərək, ABŞ-ın  Kim Çen Inın terror edilməsi üçün 2018-ci ilin hərbi-təhlükəsizlik büdcəsində xüsusi məbləğ ayırdığını bildiriblər. Ayrılan büdcə ötən ilin dekabrın 1-də yaradılmış xüsusi dəstənin təlim və təchizinə xərclənməyə başlayıb. 

Cənubi Koreya rəsmilərinin açıqlamalarına əsasən, 1000 nəfərdən ibarət yaradılan xüsusi terror dəstəsinə Cənubi Koreyanın komandirləri də daxildir. 

Cənubi Koreyanın Herald qəzetinin yazdığına görə, adıçəkilən dəstənin əməliyyatlarında pilotsuz təyyarələrdən, intihraçı terrorçular və digər təchizatdan istifadə edilməsi nəzərdə tutulur. 

Ötən il Şimali Koreyanın Daxili Təhlükəsizlik Nazirliyi bəyanat yayaraq bildirmişdi ki, ABŞ və Cənubi Koreyanın kəşfiyyat xidmətləri Şimali Koreya liderini ölkənin rəsmi mərasimlərinin birində, radioaktiv və kimyəvi maddələrədən istifadə edərək, öldürmək istəyiblər. 

Portalın yazdığına əsasən, yaradılan terror dəstəsi ABŞ-ın Şimali Koreya ilə bağlı ilk addımı deyil. 1968-ci ildə də ABŞ və Cənubi Koreya Şimali Koreya rəhbəri olmuş Kim İr Seni öldürmək məqsədilə xüsusi dəstə yaratmışdılar. Onlar həbsdə olan 31 cinayətkara əfv olunacaqları vədilə xüsusi təlimlər keçmişdilər. Xüsusi təlimlər o qədər ağır olmuşdu ki, 31 nəfər məhbusdan 3-ü təlim zamanı həyatını itirmişdi. Həmin dəstə Şimali Koreyaya göndərilsə də, əməliyyatdan öncə geri çağırılmışdılar. Onlara verilən vədlər həyata keçmədiyinə görə, həmiş şəxslər 1971-ci ildə həbsxanada bunt qaldırmış, onlara təlim keçən hər bir kəsi öldürdükdən sonra özlərini əl qumbarası ilə partladaraq, intihar etmişdilər.

Məqalədə : Kim Çen In 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
60808

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58506

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60218

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
59858

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65424

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59677

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
59844
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2021 08:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru