Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2018
09:15
3775
Mətbuat Şurası səlahiyyətlərinin artırılmasını istəyir

Bir müddət bundan öncə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri  Əflatun Amaşov rəhbərlik etdiyi təşkilatın hüquqi statusunun dəyişdirilməsini təklif etmişdi. O bildirmişdi ki, Mətbuat Şurası ictimai təşkilat olduğundan bəzən lazımi tədbirlər görə bilmir. Buna görə də mətbuatın daha yaxşı balanslaşdırılması  məqsədilə Mətbuat Şurasının statusuna yenidən baxılmasını istəmişdi. Əflatun Amaşov Şuraya saytların qapadılması səlahiyyətinin verilməsini də təklif etmişdi: 

"Əgər Şura media müstəvisindəki problemlərin məhkəməyəqədərki həlli ilə məşğuldursa, qurum nəyə görə tənbeh tədbiri kimi peşə prinsiplərini əməl etməyən hər hansı reketyönlü media orqanının fəaliyyətinin müvəqqəti dayandırılması barədə rəy çıxara bilməsin?”.

Maraqlıdır, Mətbuat Şurasının səlahiyyətlərinin artırılması ilə bağlı məsələ nə yerdədir?

Bununla bağlı  Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Modern.az saytına açıqlama verib:

“Bilirsiniz ki, Azərbaycan jurnalistlərinin yeddinci qurultayında  belə bir məsələ qaldırıldı. Yəni Mətbuat Şurasına  əlavə səlahiyyətlər verilsin və  bu yöndə fəaliyyətini davam etdirsin. Bunu nəzərə alaraq Mətbuat Şurası həmin təklifin reallaşması üçün  modellər müzakirə etməyə başlayıb. Yəni mütəxəssislərə tapşırılıb ki, bu istiqamətdə Mətbuat şuraları və onların səlahiyyətlərinin artırılması modelinin  dünya təcrübəsi öyrənilsin”.

M.Ələsgərli qeyd edib ki, hazırda bu proses davam edir və  dünya praktikası öyrənilir:

“Praktika öyrəniləndən sonra uyğun təkliflər hazırlanacaq və konkret təklifin qəbul olunması üçün təşəbbüslər irəli sürüləcək. Hazırki durum beynəlxalq təcrübənin öyrənilməsidir. Azərbaycana hansı modellərin uyğun olduğunu konkretləşdirəcəyik. Yalnız bundan sonra növbəti mərhələyə keçə bilərik”.

Məqalədə : Mətbuat Şurası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
52

Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

23

Sentyabr
12:20
HÜQUQ,HADİSƏ
95

Ən təhlükəli parollar sadalanıb

23

Sentyabr
12:11
MARAQLIDIR
81

Azərbaycana Rusiyadan 7 ton pendir idxal edilib

23

Sentyabr
11:22
İQTİSADİYYAT
146

DİN: Həftəsonu yol qəzalarında 2 nəfər ölüb

23

Sentyabr
10:40
HÜQUQ,HADİSƏ
124

Trump və Ərdoğan telefonla danışıb

23

Sentyabr
09:46
DÜNYA
205

Xarici valyutaların manata qarşı məzənnələri

23

Sentyabr
09:39
İQTİSADİYYAT
189

Tovuz və Tərtərdə qaz olmayacaq

23

Sentyabr
09:36
ÖLKƏ
181
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 13:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru