Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2018
15:51
İlqar Məmmədov bu həftə əfv oluna bilər - deputatdan AÇIQLAMA

Mayın 28-dək Respublikaçı Alternativ Hərəkatının (REAL) həbsdə olan lideri İlqar Məmmədov əfv oluna bilər. FaktXəbər bildirir ki, Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə “ölkə.az”a açıqlamasında deyib ki, İlqar Məmmədov mübahisəli məhbusdur:

“Onlarla bağlı Azərbaycan hökuməti ilə Avropa qurumları arasında müəyyən təklif və tövsiyələr gedir. Ancaq mən hər zaman demişəm ki, nə qədər Avropa İttifaqı və Avropa Şurası bu şəxslərin əfvini yüksək tonla Azərbaycandan tələb edəcəksə, bu mümkün olmayacaq.

Amma müəyyən xahişləri hər zaman cənab prezident nəzərə alır. Ümid edirəm ki, cənab prezident hər zaman humansit olduğu kimi, bu dəfə də həmin mübahisəli məhbusların azad olunmasına şərait yaradacaq. Bu ona görə lazımdır ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq prosesini sürətləndirib. Biz istəmirik ki, hər hansı məhbusa görə Avropa İttifaqı ilə Azərbaycan arasında fikir ayrılığı olsun. Bu baxımdan hesab edirəm ki, cənab prezident bütün bunların hamısını dəyərləndirir və lazımı qərarlar qəbul edəcəyi gözlənilir”.   

Deputat əfv fərmanını ən çox arzu edən şəxslərdən biri olduğunu söyləyib: “Prezident yanında Əfv Komissiyasının iclası artıq yekunlaşıb. Ümid edirik ki, yaxın günlərdə cənab prezident növbəti dəfə əfv fərmanı imzalayacaq.

Hesab edirəm ki, bu dəfəki ümidlər daha çox özünü doğruldacaq. Çünki qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi gəlir. Bununla bağlı Amnsitiya aktının qəbul edilməsi barədə də müxtəlif fikirlər səsləndirilib. Əgər Amnistiya aktı qəbul edilmədirsə, o zaman əfv fərmanı veriləcək. Bu dəfə əfv fərmanına düşən insanların sayı isə əvvəlki illərdəkindən dəfələrlə çox olacaq. Hətta, əfv olunacaq şəxslər arasında ömürlük cəza almış məhkumların da olması ehtimalı var. Biz böyük ümidlə ölkə başçısının yaxın günlərdə verəcəyi bu fərmanı gözləyirik”.

Məqalədə : İlqar Məmmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18800

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17392

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18787

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18312

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23876

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18311

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18435
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 18:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru