Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2018
14:21
Azərbaycan İslam Partiyası məhbusların əfvi ilə bağlı məsələni müzakirə edib

Azərbaycan İslam Partiyası idarə heyətinin bu gün geniş toplantısı keçirilib. Pariyadan FaktXəbər-ə daxil olan məlumata görə, islamçılar Cumhuriyyətin 100 illiyi münasibətilə çoxsaylı məhbusun azadlığa buraxılması, ölkə prezidenti tərəfindən əfv sərəncamının verilməsi məsələsini müzakirə ediblər. Toplantı iştirakçıları qeyd ediblər ki, bu istiqamətdə hakimiyyətin atacaq addımı bir çox ailənin sevincinə səbəb ola bilər.

AİP funksionerləri müzakirə zamanı diqqəti həm də atılacaq addımın Ramazan ayına təsadüf etməsinə yönəldərək onu da bildiriblər ki, mübarək Ramazan bütün müsəlmanlar üçün rəhmət və mərhəmət ayıdır. ”Bu mənada atılacaq addımın məhbus dindarlara, xüsusən də bu gün zindanlarda ömür sürən İslam alimlərinə tətbiq edilməsinə böyük zərurət yaranmışdır. Dini dəyərlərimizin daşıyıcıları olan dindarlar sabit və müsəlman cəmiyyətinə əhəmiyyətli nümunədirlər. Bu gün onların azadlıqda olmaları, cəmiyyətlə açıq ünsiyyətlərinə böyük ehtiyac vardır.

Dünyada İslam dininə ikili münasibətin mövcud olması onu göstərir ki, bir tərəfdən müqəddəs dinimizə sevgi və məhəbbətlə yanaşan, İslamı bəşəri dəyərlərinə görə böyük rəğbətlə qəbul edənlərlə yanaşı, eyni zamanda İslama və müsəlmanlara qənim kəsilənlər də az deyil. Belə bir dövrdə və eyni zamanda ruhani dindarlar üçün daha əziz olan bir tarixi günlərdə-mübarək Ramazan ayında onların azadlığının təmin olunması, ailələrinə qovuşdurulması Allahın sevdiyi bir hal kimi qiymətləndirilməli və təmin olunmalı məsələ kimi dəyərləndirilməlidir“ – deyə müzakirə iştirakçıları qəbul olunacaq aktda dindarlar və ailələrinin nəzərdən qaçırılmayacaqlarına ümidvar olduqlarını, azadlıqlarının təmin olunacaqlarını vurğulayıblar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7140

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5999

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7513

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7492

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10642

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7222
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 11:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru