Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2018
16:07
Miqrasiya Xidməti sahibkar üçün qaynar xətt açıb

İş icazələrinin verilməsi prosesini təkmilləşdirmək, şəffaflığı artırmaq və sahibkarların müraciətlərinə operativ baxılmanı təmin etmək məqsədi ilə Dövlət Miqrasiya Xidmətində iş icazələrinə baxılma üzrə birbaşa Xidmət rəhbərinə müraciət imkanı təmin edən qaynar xətt yaradılıb.

Bunu bu gün Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov ölkədə fəaliyyət göstərən yerli və xarici iş adamları ilə görüş zamanı bildirib.

O bildirib ki, xidmətin rəsmi saytında xüsusi pəncərədə qaynar xətt nömrəsi və elektron ünvan yerləşdirilib: “İşəgötürən Dövlət Miqrasiya Xidməti  ilə bağlı hər hansı problemlə qarşılaşsa və yaxud iş icazələrinin verilməsi ilə əlaqədar sualı yaranarsa dərhal həmin qaynar xətt vasitəsi ilə birbaşa Xidmətin rəhbərinə müraciət edə bilər”.

O qeyd edib ki, respublikaya investisiya qoyan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazələri ilə bağlı məsələlər qanunvericilik baxımından kifayət qədər sadələşdirilib: “Dövlət Miqrasiya Xidməti bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində işəgötürənlərin iş icazəsi ilə, əmək miqrasiyası kvotası ilə bağlı müraciətlərinə tam şəffaf şəkildə baxılmasını təmin edəcək. Bununla bağlı məlumatların rahat, əlçatan formada saytda yerləşdirilməsi təmin ediləcək. Həmçinin ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarlar konfederasiyalarının, iş icazələri üçün müraciət edən iri şirkətlərin nümayəndələrinin təmsil edildiyi iş icazələri ilə bağlı Şuranın yaradılması üzrə danışıqlara başlanılıb və qısa müddətdən sonra Şuranın fəaliyyəti barədə məlumat ictimaiyyətə təqdim ediləcək”.

V. Hüseynov deyib ki, həmçinin iş icazələrinin verilməsi ilə bağlı xidmət tərəfindən tətbiq edilən yeniliklər, tövsiyələr və qanunvericilikdə olan dəyişikliklər barədə sahibkarları məlumatlandırmaq üçün mütəmadi e-bülletenlər hazırlanaraq elektron qaydada sahibkarlara göndəriləcək: “Xidmətin saytında belə  elektron bülletenlərin və məlumatların əldə edilməsi üçün e-poçtların təqdim edilməsi imkanları da təmin olunub”.(apa)

Məqalədə : Miqrasiya xidməti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48378

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46417

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48056

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47646

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53229

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47285

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47680
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 20:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru