Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
22:07
2689
Avtomobillərin arxa yan şüşələrinə pərdələrin vurulmasına icazə verildi - BDYPİ

Ölkədə yay fəsli ilə əlaqədar olaraq avtomobillərə jalüz tipli pərdələrin vurulmasına icazə verilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis mayoru Rüfət Quliyev deyib.

R.Quliyevin sözlərinə görə, qanunvericiliyə görə, avtomobillərin yan şüşələrinə jalüz tipli pərdələrin vurulmasına noyabrın 15-dək icazə verilir: "Yol hərəkəti haqqında" qanunda sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşələrin şəffaflığını korlayan örtüklərin (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan olunmasına əsas olan nasazlıqlar kimi müəyyən edilib. Lakin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq yay aylarında jalüz tipli pərdələrin istifadəsinə icazə verilir. Belə ki, mayın 1-dən noyabrın 15-dək nəqliyyat vasitəsinin arxadakı yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir".

R.Quliyev bildirib ki, yan şüşələrə plyonka və kustar üsulla hazırlanan pərdələrin vurulması qadağandır. Belə hallar aşkarlanarsa, həmin nəqliyyat vasitələrinin sürücüləri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görüləcək. (Trend)

Məqalədə : avtomobil pərdə jalüz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
136

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
192

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
135

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
156

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
118

Türk Şurasına sədrlik Azərbaycana keçdi

14

Oktyabr
11:29
SİYASƏT
79
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 15:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru