Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2018
13:38
Deputat telekanallarda reklam edilən həkimlərdən danışdı

Telekanallarda elə həkimləri reklam edirlər ki, onların səviyyəsi ortadan da aşağıdır.

FaktXəbər-in Trend-ə  istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

M.Quliyev qeyd edib: "Elə xəstəliklərin müalicəsini reklam edirlər ki, o xəstəlikləri poliklinikada da müalicə etmək mümkündür: “Özlərini elə göstərirlər ki, sanki Azərbaycan əhalisinin sağlamlığı bunların əlindədir, bunlar bir nömrəli kilinikalardır. Onlara bu statusu kim verib?”

Deputat bildirib ki, bu cür hallara qarşı tədbirlər görülməlidir.

Milli Məclisin deputatı Çingiz Qənizadə də televiziya kanallarında həkim və dərmanların reklamına qarşı çıxıb.

Deputat deyib ki, həkimlərin və dərmanların televiziya kanallarında kortəbii reklamına yol vermək olmaz: “Özümüzü elə həkimlərdən qorumalıyıq. Nə qədər telekanallarda həkimlərin reklamını etmək olar? Hələ bu azmış kimi, artıq telefonlar vasitəsilə də insanları cəlb etməyə çalışırlar. Televiziya kanallarında dərmanların təbliği və reklamına yol vermək olmaz”.

Məqalədə : həkim 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54803

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52889

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54295

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
54034

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59449

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53733

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54085
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-12-2020 00:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru