Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2018
12:02
AİP İmam Zaman(ə)-ın mövludu münasibəti ilə xalqımızı təbrik edib

AİP İmam Mehdi Sahib əz-Zaman (ə.f) mövludu münasibətilə xalqımızı, dünya müsəlmanlarını təbrik edib

Bu gün dünya müsəlmanlarının böyük bayramı- on ikinci imamımız İmam Mehdi Sahib əz-Zaman (ə.f)-nin mövlududur. Bu əlamətdar və əzəmətli bayram münasibətilə başda vəliyi-fəqih olmaqla müsəlman xalqımızı, dünyanın tərəqqisevən şəhidpərvər müsəlmanlarını səmimi qəlbdən təbrik edirik. İmam Mehdi (ə) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şəban ayının 15-də Samirə şəhərində müsəlmanların on birinci imamı Həsən Əsgərinin (ə) ailəsində dünyaya gəlib. İmam şəhadətə yetişəndə Məhəmmədin beş yaşı tamam idi. Atasının meyit namazını Özü qıldı. Bundan sonra isə İmamın qeyb dövrü başlayıb. Allah təalanın ən böyük möcuzələrindən biri də məhz İmam Mehdinin günümüzə qədər qeybdə ömür sürməsidir. Müqəddəs Qurani-Kərimdə vəd edildiyi kimi İmamın nə zaman zühur edəcəyi heç kəsə bəlli deyil.Hədislərdən birində İslam Peyğəmbəri (s) belə buyurur: “Mənim ümmətimin ən üstün əməli fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.”

İslamda intizar fəlsəfəsi mahiyyəti etibarı ilə haqqın dirçəlişi və batilin məhvi kimi dərin bir məntiqə bağlıdır ki, buna bütün peyğəmbərlər iman gətirib və bildiriblər. İntizar mədəniyyəti müsəlman xalqımızın da mənəviyyatına həyat tərzinə və şüuruna hopmuşdur. Əhli-beyt(ə) əqidəsinə görə dünya, bəşəriyyət haqqa, ədalətə hamilədir. Müsəlmanlara, kiçik dövlət və xalqlara zülmün, təcavüzün sonu olmalıdır, həm də yetişməkdədir. İstilaçılıq, qəsbkarlıq, öz xalqına zülm siyasəti yürüdən hökmranlar Yaradanın hikmətindən və cəzasından yan keçə bilməzlər.

Allahdan bu fərəc intizarımızı tezləşdirməyi diləyir, Sizləri bir daha əlamətdar gün- İmam Zamanın(ə.f) mövludu münasibətilə təbrik edirik. Hər kəsə bu zühurun şahidliyini arzulayırıq.”

Hacı İlham Əliyev,  

Azərbaycan İslam Partiyasının sədr əvəzi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : AİP 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 09:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com