Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2018
08:41
Zərif: Netanyahunun açıqlaması cəfəngiyyatdır

İranın xarici işlər naziri Cavad Zərif İsrail rejiminin baş naziri Binyamin Netanyahunun İranın gizli nüvə proqramı barədə açıqlamasını cəfəngiyyat və bəzi xalqların, dövlətlərin aldadılması üçün quraşdırılmış böyük yalan adlandırıb.

FaktXəbər-in məlumatına görə, bu barədə "Fars" agentliyi xəbər verib.

“Bu bəyanat cəfəngiyyatdır. Netanyahunun Trampın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı qərarını gözləməsi bunun bir teatr olduğunu göstərir. İsrail isə səhnədə ən yüksək səviyyədə rol oynayır”, - deyə Zərif vurğulayıb.

Qeyd edək ki, ötən gün Netanyahu rəsmi Tehranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə və gələcəkdə nüvə istehsalını bərpa etmək niyyətində olmaqda günahlandırıb.

Donald Tramp isə növbəti dəfə İranın nüvə proqramına dair razılaşmanın pozulmasını istisna etməyib.

Bu arada isə İsrail mediası Netanyahunun hər hansı bir yeni sübut ortaya qoymadığını yazıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54096

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52214

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53654

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53394

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58748

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53024

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53428
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 09:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru