Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2018
21:29
Bakı məktəbində seks və şantaj: direktor və iki müəllim işdən çıxarıldı

Bakı şəhəri üzrə Təhsil İdarəsi Hövsan qəsəbəsində yerləşən 281 saylı tam orta məktəbdə iki müəllimin və direktorun işdən azad edilməsi barədə rəsmi məlumat yayıb.

FaktXəbər bildirir ki, məlumata əsasən məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 2 nəfər pedaqoji işçisi "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna, məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, mövcud qanunvericiliyə uyğun olaraq tutduqları vəzifədən azad olunublar.

Bəs həmn məktəbdə müəllimlərin etik davranış qaydalarına ziddi nə baş verib? Müəllimlər və direktor rüşvət alıblar, ya  şagirdlərdən pul yığıblar?

FaktXəbər-in "Virtualaz"a istinadən məlumatına görə, belə məlum olur ki, baş verənlər daha biabırçı və rüsvayçıdır. Azərbaycan məktəbi növbəti dəfə seks qalmaqalının mövzusuna çevrilib. Belə ki, bir neçə gün əvvəl saytlardan birində həmin məktəbdə müəllimlərdən birinin qadın alveri ilə məşğul olması, sevgilisi ilə əlbir olaraq digər müəllimin seks görüntülərini çəkməsi və onu şantaj edərək dəfələrlə pulunu alması barədə xəbər dərc edilmişdi.

Məlumatda deyilirdi ki, 281 saylı orta məktəbdə işləyən müəllim S.H. qadın alverində və şantajda ittiham olunur. Belə ki, S.H. həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışan qadın X.R.-nın müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman video görüntülərini çəkib.Daha sonra S.H. sevgilisi olan Zalovla (Zalovun da 2005-ci ildə həmin məktəbin məzunu olduğu iddia olunur-red.) əlbir olub X.R.-nı intim video görüntüləri ilə şantaj edərək pul tələb ediblər. İddia olunur ki, Zalovla S.H. X.R.-dan müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul alıblar. Nəhayət X.R. tələb olunan pulunu verməyə imkanı çatmayıb və hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verib. Nəticədə Zalovun həbs olunduğu deyilir. S.H.-nın isə 3 gün polis bölməsində saxlanıldıqdan sonra evə buraxıldığı iddia olunur.

Bu rüsvayçı hadisədən sonra məktəbin direktoru Gülşən Əliyeva tərəfindən həmin müəllimlər barəsində heç bir tədbir görülməyib. Bunun da səbəbi kimi direktorla S.H. arasında möhkəm dostluq əlaqələrinin olması göstərilir. Valideynlər belə müəllimlərin övladlarına dərs keçməsindən olduqca narahatdırlar.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin apardığı yoxlama isə məktəbin müəllimləri arasında belə rüsvayçı əməllərin baş verdiyini təsdiqləyib. Nəticədə onları cəzalandırıblar.

“Bu hal da göstərir ki, nöqsan olan yerdə qəti tədbir görülür. Yəni, təhsili idarəetmə qurumları nöqsanı gizlətmir. Əksinə nöqsanların aradan qaldırılmasında ən çox maraqlı tərəf təhsili idarəetmə orqanlarıdır", - İdarə bildirir.

Lakin Bakı şəhəri üzrə Təhsil İdarəsi bir-birinin ardınca məktəblərin adının bu cür rüsvayçı qalmaqallarda hallanmasına görə məsuliyyətdən yaxasını asanlıqla kənara çəkə bilərmi? Axı belə hadisələrin baş verməsi təsdiq edir ki, məktəbdə deqradasiya hansı səviyyəyə gəlib çatıb. İdarə məktəblərdə baş verənlər haqda ancaq mətbuatda qalmaqal qopandan sonra tədbir görməlidir, yaxud bacardıqca belə biabçırçılıqları ört-basdır etməlidir?

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 05:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com