Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2018
12:18
2515
Daha bir mövsüm oynayacam - `Qarabağ`ın kapitanı

Topaz Premyer Liqasının 24-cü turunda "Qarabağ" səfərdə "Sumqayıt"ı 1:0 hesabıyla məğlub edərək ardıcıl 5-ci, ümumilikdə 6-cı çempionluğunu əldə etdi.

Oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərə müsahibə verib. Təcrübəli müdafiəçi öncə oyun haqda danışıb:

- “Qarabağ” azarkeşlərini, futbolçuları, məşqçiləri, rəhbərliyi bu münasibətlə təbrik edirəm. Gərgin mövsüm keçdi. Paralel olaraq Çempionlar Liqasında da mübarizə apardıq. Sevindirici haldır ki, komanda arxayınlaşmadı, sona qədər mübarizə apardı. 4 dəfə ardıcıl çempion olmuşduq, bu mövsüm də zəfəri arzulayırdıq. Şükürlər olsun ki, istəyimizə nail olduq. 

- Çempionluqda sənin üçün nə özəl oldu?

- Özəllik o oldu ki, Çempionlar Liqasında da çıxış etdik. Paralel şəkildə hazırlaşdıq. Mövsüm gərgin keçdi. Sona 4 tur qalmış çempion olduq və sevinirik.

- Sona 4 tur qalıb. Komandanın tonusdan düşməməsi üçün nə edəcəksiz?

- Buna məşqçilər korpsusu qərar verəcək. Qarşıda 1 ay var. Məşq edəcəyik, oyunlara hazırlaşacağıq. Məşqçilərin qərarlarına riayət edəcəyik.

- Qış fasiləsindən sonra “Qarabağ” üçün daha asan keçdi...

- Mən bunun əksini düşünürəm. Qış fasiləsindən sonra daha ağır oldu. Rahatlıqla qalib gələ bilmirdik. Ya 1:0 hesabıyla udurduq, ya da heç-heçə edirdik. Klublar qışda gücləndilər və daha istəkli oynadılar. Autsayderlər belə asan təslim olmur.

- Bu mövsüm karyeranı başa vuracaqsan?

- Tam qərar verməmişəm. Amma böyük ehtimalla, daha bir mövsüm oynayacam.

- Milli karyeranı bərpa edəcəksən?

- Bu, gündəmdə deyil.

- Çempionluqdan bezməmisiz?

- Xeyr. Hər il içempion olmaq stəyirik.

Məqalədə : Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisi piyadalara müraciət edib

08

Noyabr
12:25
ÖLKƏ
18

Gömrükdən daxilolmalar 22%-dən çox artıb

08

Noyabr
12:19
İQTİSADİYYAT
26

Xurmanın faydaları: Kimlərə olmaz?..

08

Noyabr
12:05
AİLƏ, SAĞLAMLIQ
227

Xarici valyutaların manata qarşı məzənnələri

08

Noyabr
09:37
İQTİSADİYYAT
47
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 11:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru