Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2018
20:58
`Qarabağ` Azərbaycan çempionu oldu - VİDEO

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Sumqayıt”ın qonağı olub.

FaktXəbər-in məlumatına görə, oyun qarşılıqlı hücumlar əsnasında başlayıb. Matçın 34-cü dəqiqəsində “Qarabağ” hesabı açıb. Dani Kintana cərimə zərbəsindən möhtəşəm qolla yadda qalıb.

İlk hissə "Qarabağ"ın 1:0 hesablı qələbəsiylə başa çatıb.

İkinci hissədə meydan sahibləri təzyiqi artırsa da, "Qarabağ" inamlı oyunuyla yadda qalıb və bu matçda 1:0 hesablı qələbə qazanıb.

"Qarabağ" bu qələbəylə xallarının sayını 59-a çatdıraraq ən yaxın izləyicisi “Qəbələ”ylə xal fərqini 17-yə çatdırıb. Sona IV tur qalmış “Qarabağ” ümumilikdə 6-cı, ardıcıl 5-ci çempionluğunu qazanıb. İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/14, 2014/15, 2015/16, 2016/17 mövsümlərinin ardından 2017/18 mövsümündə də hamıdan güclü olub. Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.

Qeyd edək ki, ümumilikdə 8 komanda qızıl medallara sahib olub və “Qarabağ” çempionluq sayında yalnız “Neftçi”dən geri qalır. Bakılılar 8, Ağdam klubu 6 dəfə yarışın qalibi olubsa, “Kəpəz”in 3, “Şəmkir”, “Keşlə” (“İnter” adlandığı vaxt) və “Bakı”nın hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın hərəyə 1 çempionluğu var.

Mövsüm

Çempion

1992

“Neftçi”

1993

“Qarabağ”

1993/94

“Turan”

1994/95

“Kəpəz”

1995/96

“Neftçi”

1996/97

“Neftçi”

1997/98

“Kəpəz”

1998/99

“Kəpəz”

1999/2000

“Şəmkir”

2000/01

“Şəmkir”

2001/02

yarımçıq qalıb

2002/03

Keçirilməyib

2003/04

“Neftçi”

2004/05

“Neftçi”

2005/06

“Bakı”

2006/07

“Xəzər Lənkəran”

2007/08

“İnter”

2008/09

“Bakı”

 2009/10

“İnter”

2010/11

“Neftçi”

2011/12

“Neftçi”

2012/13

“Neftçi”

2013/14

“Qarabağ”

2014/15

“Qarabağ”

2015/16

“Qarabağ”

2016/17

“Qarabağ”

2017/18

“Qarabağ”

Eyni saatda start götürən "Neftçi" - "Qəbələ" görüşündə isə meydan sahibləri qalib gəlib. Ruslan Abışovun 4-cü dəqiqədə vurduğu qolla Azərbaycan Kubokunun yarımfinalında uduzduğu rəqibini üstələyən "ağ-qaralar" xallarını 37-yə çatdırıblar və "Zirə"ni keçərək, 4-cü pilləyə yüksəliblər.

İlk oyun günündə "Keşlə" "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. Bu gün baş tutmuş "Səbail" - "Kəpəz" qarşılaşmasında isə qalib müəyyənləşməyib.

Məqalədə : Qarabağ komandası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
125

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
231

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

21

Noyabr
11:25
BÖLMƏNİ DÜZ SEÇ!
155

FHN: 233 binaya müsbət rəy verilib

21

Noyabr
11:25
ÖLKƏ
172

ATƏT sədri Azərbaycana gəlir

21

Noyabr
11:18
SİYASƏT
132

Avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

21

Noyabr
10:45
HÜQUQ,HADİSƏ
215

Bakıda yağışa görə sürət həddi endirildi

21

Noyabr
10:37
NƏQLİYYAT
135

Xarici valyutaların manata qarşı məzənnələri

21

Noyabr
09:25
İQTİSADİYYAT
241
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 15:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru