Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2018
20:54
2777
Mətbuat Şurası sədrinin müavinləri və komissiya sədrləri seçilib

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.

Şuradan verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Ə.Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayının qərarı ilə Şuranın tərkibinin genişləndirildiyini vurğulayıb. “Hazırda İdarə Heyəti 23-ü əsas, 6-ı ehtiyat olmaqla 29 nəfərdən ibarətdir. Əminəm ki, Şuranın yeni tərkibi də məhsuldar işləyəcək. Qurumun İdarə Heyətinin hər bir üzvünə uğurlar arzulayıram”.

İclasda ilk olaraq Şuranın sədr müavinləri seçilib. MŞ İdarə Heyətinin üzvləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin namizədlikləri digər üzvlər tərəfindən dəstəklənib.

Bundan sonra Şuranın yeni icraçı katibinin müəyyənləşdirilməsi məsələsinə baxılıb. Bu vəzifəyə MŞ sədrinin təqdimatı əsasında tanınmış hüquqşünas, uzun müddət Şuranın hüquq komissiyasının işində yaxından iştirak etmiş Şəmsəddin Əliyevin namizədliyi təsdiqlənib.

İclasda MŞ-nin komissiyalarının sədrlərinin və tərkibinin müəyyənləşdirilməsi də həyata keçirilib. Məlumat verilib ki, qurumun İdarə Heyətinin üzvləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyanın işində iştirak edirlər. Nizamnaməyə görə, komissiyaya sədrliyi də Şura sədrinin müavinləri növbəlilik əsasında həyata keçirirlər. Tərkib 2 ildən bir yenilənir. Müzakirələrdən sonra Müşfiq Ələsgərli sədr olmaqla növbəti iki il müddətinə Şikayətlər üzrə Komissiyanın tərkibi təsdiqlənib.

Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının, İH üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət Beynəlxalq əlaqələr Komissiyasının, İH üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının, İH üzvü, BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli Dil Komissiyasının, İH üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı İnternet medianın inkişafı üzrə Komissiyanın sədrləri seçiliblər. Həmçinin komissiyaların, Şuranın “Apellyasiya qrupu”nun tərkibi təsdiqlənib.

İclasda Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlanması istiqamətində İşçi qrupunun fəaliyyəti məsələsinə baxılıb. MŞ-nin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Çingiz Qənizadə qrupun rəhbəri seçilib.

İclasda Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının yeni sədri də təqdim olunub. Nizamnaməyə əsasən NTK-ya qurultay tərəfindən seçilmiş üç şəxs arasından NTK-nın sədri vəzifəsinə “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu seçilib. 

Məqalədə : Mətbuat Şurası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
83

Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

23

Sentyabr
12:20
HÜQUQ,HADİSƏ
121

Ən təhlükəli parollar sadalanıb

23

Sentyabr
12:11
MARAQLIDIR
113

Azərbaycana Rusiyadan 7 ton pendir idxal edilib

23

Sentyabr
11:22
İQTİSADİYYAT
169

DİN: Həftəsonu yol qəzalarında 2 nəfər ölüb

23

Sentyabr
10:40
HÜQUQ,HADİSƏ
146

Trump və Ərdoğan telefonla danışıb

23

Sentyabr
09:46
DÜNYA
214

Xarici valyutaların manata qarşı məzənnələri

23

Sentyabr
09:39
İQTİSADİYYAT
198

Tovuz və Tərtərdə qaz olmayacaq

23

Sentyabr
09:36
ÖLKƏ
188
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 13:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru