Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2012
10:17
AZƏRBAYCAN HƏRBİ HAVA QÜVVƏLƏRİ (İNFOQRAFİKA)

Azərbaycan Hərbi Hava Qüvvələri - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növü.

Azərbaycanın ikinci müstəqilliyi dövründə - 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.

1994-cü ildə - atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edildi. 1995-ci ildə - Azərbaycanın illik hərbi büdcəsinin 80-90 milyon dollara yaxın olduğu dövrdə HHQ və HHMQ-yə təxminən bir neçə milyon dollar vəsait ayrılırdısa, 2008-ci ildə bu rəqəmin az qala hərbi büdcənin 15 faizini əhatə etməsi ilə bağlı ehtimallar səslənib. Bu isə 1 milyard 500 milyon manatlıq hərbi büdcənin təxminən 250 milyon manatı deməkdir. [1]

Proqrama uyğun olaraq, 2008-2010-cu illər ərzində HHQ-nin aviaparkının modernləşdirilməsi aparılacaq və HHQ-nin aviaparkı təxminən 50%-dək müasir döyüş təyyarələri hesabına yeniləşdiriləcək. Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlığq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşüt-desant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb. Əsas start komanda məntəqələri, mühəndislərin idarəetmə məntəqələri və mühəndis aviasiya xidmətinin heyətləri üçün binalar istifadəyə verilib. Hazırda ikinci aerodromun modernləşdirilməsinə dair müzakirələr aparılır.

Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.

Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanları yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. Müxtəlif məlumatlara görə, hazırda 7200 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 70-ə yaxın döyüş təyyarəsi, 40-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. 7200 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında "Aero L-29", "Aero L-39" təlim-hücumçu, müxtəlif təyinatlı MiQ-21, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25, İl-76, An-24, An-12, Tu-134A, Tu-16, Pakistan istehsalı olan JF-17 döyüş təyyarələri, Mi-2, Mi-6, Mi-8, Mi-24, Mi-35M markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin (Aerostar, Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var.

2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş MiQ-29M döyüş təyyarəsi, Pakistandan isə 26 ədəd JF-17 (Thunder), həmçinin Mi-24 helikopterləri təyyarələri alacaq. Artıq Ukraynadan alınmış 5 ədəd MiQ-29, Pakistandan alınmış 4 ədəd JF-17 təyyarələri Azərbaycana gətirilib.

Bundan başqa, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin aviadəstəsi var ki, burada da əsasən dağlıq ərazilərdə əməliyyat zonalarına desant atmaq, qüvvələri təxliyyə etmək və digər məqsədlər üçün istifadə edilən YaK markalı təyyarələr, həmçinin müxtəlif helikopterlər cəmləşib.

Müqayisə üçün bildirək ki, hazırda Ermənistan HHQ-də 700 nəfər xidmət edir. Ermənistan HHQ-i 6 ədəd "Su-25", 1 ədəd "MiQ-25" təyyarəsi, 12 zərbə helikopteri (7 ədəd "Mi-24, 3 ədəd "Mi-24K" və 2 ədəd "Mi-24R"), 25 yardımçı təyyarə, həmçinin Qarabağda saxlanılan 2 ədəd "Su-25" təyyarəsi və 4 ədəd "Mi-24" helikopterinə malikdirlər.

Hərbi təyyarələr

MiQ-21- 24
MiQ-23 - 5
MiQ-25 - 31
MiQ-29 - 49
Antonov An-2 - 3
Su-17 - 4
Su-24 - 19
Su-25 - 32
Su-27 - 4 Gürcüstandan alınıb
JF-17 - 26 (çatdırılma hələ ki tam icra edilməyib)
F-16 - 25 Bəzi qeyri rəsmi məlumatlara əsasən Azərbaycan Türkiyədən alıb (heç bir dəqiq mənbə mövcud deyil)
Aero L-29 - 18-24
Aero L-39 - 20

Helikopterlər

Mil Mi-2 - 7
Mil Mi-6 - 9
Mil Mi-8 - 13
MI-17 - 4
Mil Mi-24 - 60 (Ukrayna 2009-cu ildə Azərbaycana 11 ədəd Mİ-24 helikopteri satıb)
Mil Mi-35M - 2010-cu ildə Rusiyadan 24 ədəd alınmışdır.
Ka-32 - 6
T-129 - Sayı hələ bilinmir. 2013-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil olacaq. Türkiyə istehsalıdır
UH-1Iroquois - 32 ABŞ istehsalı

Əli Hüseynli

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
277

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
400

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1279
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 10:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru