Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2018
16:59
AzTV-nin küçəyə atılan keçmiş işçisi ilə bağlı Prezidentə müraciət

Qarabağ Azadlı Təşkilatının (QAT) sədri Akuif Nağı evindən didərgin salınan ahıl xanımın, təcrübəli televiziya işçisi Müslümat Rzaxanovanın ağır vəziyyəti ilə bağlı prezident İlham Əliyevə müraciət göndərib. 

FaktXəbər-in məlumatına görə, müraciətdə deyilir: 

“Məmurların insafsızlığı ucbatından küçəyə atılan, onun-bunun küncünə sığınmalı olan, 77 yaşlı ahıl qadının acı taleyi ilə bağlı Sizə müraciət edirik. Rzaxanova Müslümat Məhəmməd qızı təqaüddə olan təcrübəli televiziya işçisidir, uzun müddət Az.TV-də çalışıb, rəhmətlik dövlət başçısı Heydər Əliyevin vaxtilə dəyər verdiyi şəxslərdən olub, məhz onun tapşırığı ilə vaxtilə M.Rzaxanovaya mənzil verilib. M.Rzaxanova Azərbaycanımızı, Vətənimizi sevən bir insandı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əlindən gələni edir, bu gün Qarabağ Azadlıq Təşkilatının üzvü kimi Qarabağ həqiqətlərinin dünyaya yayılması, erməni yalanlarının ifşa olunması işində, xüsusilə də dünyanın rus dilli auditoriyasında təbliğat işlərində yaxından iştirak edir. Müslümat Rzaxanovanın problemi ondan ibarətdir ki, rəhmətlik Heydər Əliyevin tapşırığı ilə ona verilən mənzil qohumları tərəfindən mənimsənilib, onu küçəyə atıblar. Bu qanunsuz və ədalətsiz hadisə ilə bağlı o, Sabunçu rayon Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə müraciətlər edib. Onun müraciətləri əsasında mənzil hüququnun bərpa olunması, öz mənzilinə qaytarılması ilə bağlı dəfələrlə qərar çıxarılıb, lakin 4 ildir ki, Ali Məhkəmənin bu qərarı Sabunçu rayon məhkəməsinin icra məmurları tərəfindən yerinə yetirilmir. Konkret olaraq, icra məmuru Səbuhi Cəfərov hər dəfə onu yalan vədlərlə aldadır, məhkəmə qərarının yerinə yetirilməsi üçün heç bir təşəbbüs etmir. Məmurların bu hərəkətləri əhali içərisində narazılıq yaradır, dövlətimizin imicinə zərbə vurur, insanların haqq-ədalətə inamını zəiflədir. Müslümat Rzaxanova dəfələrlə bildirib ki, bu haqsızlığa, sərkərdan həyata dözə bilmir, hətta özünü Sabunçu məhkəməsinin qarşısında od vurub yandırmaqdan başqa çıxış yolunun qalmadığını da deyib. Sizin humanistliyinizə inanır, ahıl qadını köməksiz qoymayacağınıza, onun probleminin aradan qaldırılması üçün dərhal tapşırıqlar verəcəyinizə ümid edir və əvvəlcədən təşəkkür edirik”. 

Məqalədə : AZTV Müslümat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
375

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
735
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 05:08





  fa[email protected]

Valyuta.com

Рейтинг@Mail.ru