Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2018
12:33
Mətbuat Şurası seçkilərlə bağlı qaynar xətt yaratdı

“Azərbaycan mediası sabahkı prezident seçkilərini işıqlandımağa tam hazırdır. Əminəm ki, sabah seçki məntəqələri açılan zaman Azərbaycan jurnalistləri üzərilərinə düşən vəzifələri yetirməyə çalışacaqlar. Seçkiləri kifayət qədər əhatəli işıqlandıracaqlar. Topladıqları materialları çalışdıqları Kütləvi İnformasiya Vasitələrində (KİV) yerləşdirəcəklər. Bundan əlavə, dünyanın tanınmmış KİV-lərinin əməkdaşları da sabah Azərbaycanda keçiriləcək prezident seçkilərini işıqlandıracaqlar”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Mətbut Şurasının sədri Əflatun Amaşov deyib.

Mətbuat Şurasının sədri birmənalı olaraq bildirib ki, jurnalistlər seçkilərin işıqlandıırılması ilə bağlı heç bir problemlə qarşılaşmayacaqlar. 

“Amma hər ehtimala qarşı Azərbaycan Mətbuat Şurası əvvəlki illərdə olduğu kimi, bu dəfə də seçki günü “Qaynar xətt” təşkil edəcək. Harada olmağından asılı olmayaraq, hətta ən ucqar kənddə belə hansısa jurnalistə qarşı müəyyən anlaşılmazlıq olarsa, jurnalistin məlumat toplamasında məhdudiyyət yaranarsa, onlar birbaşa olaraq “Qaynar xətt”ə müraciət edə bilərlər. Mətbuat Şurası həmin problemi yerindəcə həll etməyə çalışacaq”. 

Əflatun Amaşov deyib ki, seçki günü Mətbuat Şurasının İdarə Heyətinin üzvləri dairələrdə və məntəqələrdə jurnalistlərə yaradılmış şəraitlə yaxından tanış olacaq. 

“Həmçinin, Mətbuat Şurası Azərbaycan medaiasında seçkilərin işıqlandırılması ilə bağlı böyük monitorinq keçirir. Bu monitorinqə 7 televiziya, 15 qəzet, 10 informasiya agentliyi və xəbər portalları daxildir. Həmin KİV-lərdə seçkilərə nə qədər yer verildiyi, prezidentliyə namizədlərə və onların tərəfdarlarına necə yanaşıldığı araşdırılır. Yəqin ki, seçkidən 1 gün sonra Mətbuat Şurası həmin monitorinqin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək”.

Mətbuat Şurasının sədri qeyd edib ki, daxildə və xaricdən gələn jurnalistlər arasında sabahkı prezident seçkiləri ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayan şəxslər ola bilər. 

“Ancaq biz öz işimizi düzgün qurandan, istənilən suallara cavablandırandan sonra əminəm ki, həmin şəxslərin hazırladıqları materiallara o qədər də yer qalmayacaq. Onlar o qədər də diqqət cəlb etməyəcək. Ancaq çalışılır ki, sabahkı seçkini işıqlandırmaq üçün heç bir jurnalistə problem yaranmasın”.

Məqalədə : Mətbuat şurası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48378

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46417

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48056

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47646

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53229

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47285

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47680
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 21:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru