Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2018
16:18
2866
Ərəblərin ölümündə günahlandırılan şəxsə 6 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Fəhmin Hümbətov çıxış edib. O, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istinaqı zamanı sübuta yetirildiyini deyərək, E. Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə vəkil müdafiə nitqi ilə çıxış edib və E. Məmmədov son söz deyib.

Sonra hökm oxunub. Hökmə əsasən, E. Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı ilin noyabrında Qaradağ rayonu ərazisində baş verib. Belə ki, Abıyev Rasim Şöhrət oğlunun idarə etdiyi "Mercedes Benc C180" markalı avtomobillə hərəkətdə olarkən Elçin Məmmədovun idarə etdiyi "Nissan Sunny" markalı avtomobillə toqquşub. Nəticədə "Nissan Sunny" markalı avtomobildə olan sərnişinlər, ərəb turistlər - Suhail Saeed Rashed Saeed Almeqbal və Lamees Ziad Mahmoud Jbarah aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi açılıb və hadisədə təqsirli bilinən E. Məmmədov həbs edilib.

E. Məmmədovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi məlum olub.(report)

Məqalədə : Ərəblər şəxs 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2542

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2365

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1789

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1499

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
460

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
262

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1193
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 05:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru