Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2018
16:28
DMX və DTX 8 Nepal vətəndaşını tutub

Dövlət Miqrasiya Xidməti  (DMX) tərəfindən 1 nəfər Mərakeş və 1 nəfər Kamerun vətəndaşı saxlanılıb.

DMX-dan FaktXəbər-ə verilən məlumata görə, eyni zamanda Dövlət Təhlükəsizlik Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 8 Nepal vətəndaşı tutulub.

Araşdırma zamanı Mərakeş və Nepal vətəndaşlarının Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub.

Nepal vətəndaşlarına öz həmvətənləri Parajuli Sitaram tərəfindən Azərbaycanda yüksək aylıq əmək haqqı olan iş vəd edilib, aldadılaraq Azərbaycana gətirilib və sonradan qanunsuz miqranta çevriliblər.

Parajuli Sitaram əvvəllər törətdiyi qanunsuz əməllərə görə DMX tərəfindən ölkə hüdudlarından kənara çıxarılıb.

Bundan əlavə, ölkə ərazisində qanunsuz yaşadığı üçün saxlanılmış Kamerun vətəndaşı Lourile Teneng Meshi Christellenin əvvəllər Azərbaycanda tələbə olduğu müəyyən edilib.

Belə ki, L.T.Meshi Christelleyə əyani təhsil əsasında müvəqqəti yaşama icazəsi verilib, sonradan həmin icazənin ləğv edilməsinə baxmayaraq o, ölkə ərazisini tərk etməkdən boyun qaçırıb.

Əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42761

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41120

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42684

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42189

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47677

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42131

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42501
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 12:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru