Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2018
11:15
10.000 manatadək kreditlər silinsin - Deputatdan MÜRACİƏT

Vəhdət Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin, 31 mart Azərbaycanlıların Soyqrımının 100 illiyinin, görkəmli dövlət xadimi Heydər Əliyevin 95 illiyinin və Azərbaycan Respublikasında növbədənkənar prezident seçkisinin keçirilməsini nəzərə alaraq bir sıra təkliflər irəli sürüb.

Vəhdət Partiyasının sədri Tahir Kərimli Modern.az saytına açıqlamasında həmin təkliflər barədə məlumat verib.

Onun sözlərinə görə, Vəhdət Partiyası əhalinin rifah halının yaxşılaşdırılması, hökumətə etimadın artırılması, Cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi, sosial mühitin, daxili sərmayə qoyuluşunun optimallaşdırılması, kapital axınının qarşısının alınması, ölkəmizdə humanizimin və milli barışığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ali dövlət və hökumət orqanlarına müraciət edib.  

Müraciətdə aşağıdakı təkliflər yer alıb:

1. Azərbaycanda 1 yanvar 2017-ci ilə qədər götürülmüş problemli kreditlərin 10.000 manata qədər hissəsi silinsin. Bu mümkün olmadıqda devalivasiyadan dəyən ziyanın dövlət, kommersiya bankları və vətəndaşlar arasında proporsional şəkildə bölünməsi təmin edilsin.

2. Geniş əhatəli əfv və amnistiya aktı qəbul edilsin. 

3. Maliyyə amnistiyası qəbul edilsin. 

4. Cümhuriyyət qurucularının nəşi vətənə gətirilməklə möhtəşəm abidə, muzey və mavzoley,  habelə soyqırımı kompleksləri yaradılsın. 

5. Mənzil və iş şəraitinin yaxşılaşdırılması, inhisarçılığın və qiymət artımının qarşısının alınması, təhsil haqqını ödəmək qabiliyyəti olmayanlara dövlət yardımlarının edilməsi üçün müvafiq tədbirlər görülsün.

Məqalədə : Tahir Kərimli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
309

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
1517

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

22

Noyabr
10:33
ELM / TƏHSİL
266
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 15:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru