Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2018
17:59
Ərdoğan: Ey Netanyahu, sən çox zəifsən, özünü yığışdır

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan AK Partiyanın Adana Vilayət Qurultayında çıxış edərək Afrin hərəkatı barədə danışıb və İsrailin baş naziri Binyamin Netanyahunun ünvanına sər sözlər söyləyib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Ərdoğan "Zeytun Budağı" Hərəkatının başlanğıcından bu yana 3844 terrorçunun zərərsizləşdirildiyini bildirib.

"Terör təşkilatlarından aldığımız yerlərdə bayrağımızın dalğalanmasından narahat olanlar, eyni yerlərdə daha əvvəl dalğalanan cındırlar barədə danışmırdılar", - deyə bildirib.

Daha sonra Ərdoğan, "Afrində əsgərimizin məzlumlara zülm etdiyini deyir. Ey Netanyahu, sən çox zəifsən, çox qəribəsən. Özünü yığışdır. Biz terrorçularla məşğul oluruq, amma sənin dərdin terrorçular deyil. Çünki sən özün terror dövlətisən", söyləyib:

"Səni dünyada həqiqətən sevən yoxdur. Birləşmiş Millətlər Təşkilatında Qüdslə bağlı atdığın addım, aldığın cavab ortadadır. "Mənim nüvə silahım var", - deyə özünü öymə. Vaxtı gəldikdə, o nüvə silahların da işləməyəcək. Bizim dünyaya İsrail ordusunun necə yenilməz olduğunu söyləməyə ehtiyacımız yoxdur. Qüdsə və Qəzzaya baxdıqda terror dövlətinin gücünü görmək olur. Bunu bil, məzluma zülm etməyə çalışma. Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə. Dünyada gizlənəcək yer tapa bilməyəcəksən. Ona görə də bizə ilişmə, səmimi ol. Səmimi olmasan, heç vaxt bizdən də müsbət cavab ala bilməyəcəksən".

Son olaraq MİT-in Kosovoda keçirdiyi əməliyyata da toxunan Ərdoğan, "Onlar qaçacaq, biz qovacağıq. FETÖ-nü qovuruq. Milli İstihbarat Təşkilatı Kosovodan altı dənəsini paketləyib gətirdi. Pensilvaniyadakını (Fətullah Gülən nəzərdə tutulur - red.) da gətrəcəyik", - deyə bildirib.

Məqalədə : Ərdoğan Netanyahu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53971

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52099

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53554

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53299

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58648

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52899

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53318
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 18:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru